Füzuli Məmmədov: “Çempionluğa oynayan komanda bütün matçlara qələbə üçün çıxmalıdır”
Icma.az bildirir, Apasport portalına istinadən.
"Hava bir qədər isti idi və bu, istər-istəməz futbolçularımıza təsir göstərirdi. Buna baxmayaraq, meydanda böyük əzmkarlıq nümayiş etdirdilər və verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar".
Bu sözləri "Apasport"a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçisi Füzuli Məmmədov deyib.
O, "Şimal"la matçı dəyərləndirib:
"Rəqibin boşluq tapan kimi bundan dərhal istifadə etdiyini təhlillərdə görürdük. Buna görə də həftə boyunca bu məqamları futbolçularımıza vurğulayırdıq. Onlar da oyuna maksimum ciddi hazırlaşdılar".
Məmmədov komandasının daha böyük hesabla qalib gələ biləcəyini də qeyd edib:
"Çoxlu qol epizodumuz oldu, amma təəssüf ki, hamısından yararlana bilmədik. Bir çox qol imkanını boşa verdik. Buna baxmayaraq, böyük hesablı qələbə qazandıq. Əsas olan qələbədir. Çempionluğa oynayan komanda bütün matçlara qələbə üçün çıxmalıdır. Bu oyunda da komandamız qələbə üçün meydana çıxdı və istəyinə çatdı".
Qeyd edək ki, görüş Qusar təmsilçisinin 4:1 hesablı qələbəsi ilə nəticələnib.
"Sumqayıt"ın futbolçusu 5 oyunluq cəzalandırılıb - HAKİMİ TƏHQİR ETDİYİNƏ GÖRƏ Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək Ayxan Abbasov mətbuat önünə çıxacaq “Neftçi” 1000-ci oyununu Qəbələdə keçirəcək - STATİSTİKA Elvin Camalov “Qəbələ”də - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 17 Sentyabr 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















