Füzulidə qadın 103 maşınında doğdu
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Füzulidə qadın təcili tibbi yardım avtomobilində doğuş edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancısı səbəbilə çağırış daxil olub.
Hamilə qadının xəstəxanaya aparılarkən vəziyyəti ağırlaşıb, həkim briqadası tərəfindən müdaxilə olunaraq doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib.
Yenidoğulmuşun çəkisi 3,5 kq, boyu 53 sm. olub. Zahı qadın və yenidoğulmuş Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Hazırda ana və körpənin vəziyyəti stabildir.
Baxış sayı:91
Bu xəbər 14 Avqust 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















