Füzulinin iki kəndində yeni evlər tikilir
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Füzuli şəhərinin mərkəzində Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 825 ailə məskunlaşıb. Bu isə 3169 nəfər sakin deməkdir. Şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət binalar inşa edilib.
Globalinfo.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov bildirib.
“Kəndlərdə də quruculuq işləri davam etdirilir. Pirəhmədli və Dövlətyarlı kəndlərində tikinti işlərinə başlanılıb. Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi ev, Pirəhmədli kəndində isə 255 fərdi evin inşası planlaşdırılır. Eləcə də bu kəndlərdə məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq”, – deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 Fevral 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















