Icma.az
close
up
RU
Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq

Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq

Bizim üçün bu səfərdə ən gözəl olan Xankəndinin də, Şuşanın da, Xocalının da, bütün torpaqların azad edilərək Azərbaycanın nəzarətində olmasıdır.

Bu ziyarətimizdə Şuşada möhtəşəm irəliləyiş gördük. Füzulidən bura gələnə qədər torpaqların becərildiyinin, Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq.

Modern.az-ın məlumatına görə, bunu Şuşada AZƏRTAC-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

“Şuşa yenidən şairlərin, yazarların, elm adamlarının görüşdüyü və yaratdığı bir yer olacaq. Şuşanın tezliklə dünya səviyyəsində turizmin sahəsində bir marka olacağına inanırıq. Biz Şuşada Azərbaycanın müstəqilliyi və bütövlüyünü hiss etdik və ən gözəl hisslər budur”, – deyə komitə sədri bildirib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:35
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri