G20 liderlərinin birgə bəyanatı: Yaxın Şərqdəki vəziyyətdən dərin narahatıq
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Braziliyada keçirilən G20 Liderlər Zirvə toplantısında dərc edilən birgə bəyanatda Qəzzada baş verən humanitar fəlakət və Livandakı gərginlikdən “dərin narahat olduqları” ifadə edilərək, münaqişənin bütün tərəflərini beynəlxalq humanitar qanunlara əməl etməyə çağırıblar.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bəyanatda fələstinlilərin öz gələcəklərini təyin etmək hüququ olduğu vurğulanıb, “Biz iki dövlətli həllə sarsılmaz bağlılığımızı bildiririk” deyilib.
Bəyannamədə dünyada baş verən qarşıdurma və müharibələrdən dərin kədərləndikləri ifadə edilərək, “Bütün dövlətlərin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməli olduğunu vurğulayırıq” ifadəsi işlədilib.
Bəyannamədə deyilir:
“Bütün dövlətlər BMT Nizamnaməsinə uyğun olaraq ərazi əldə etmək məqsədilə hər hansı dövlətin ərazi bütövlüyü, suverenliyi və ya siyasi müstəqilliyinə qarşı təhdid, güc tətbiq etməkdən çəkinməlidirlər. Beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində öhdəlikləri ilə “Biz mülki şəxslərə və infrastruktura qarşı edilən bütün hücumları pisləyirik”.
Orxan Saffari
Baxış sayı:138
Bu xəbər 19 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















