İrana qarşı sanksiyalar G20 ölkələri ilə müzakirə ediləcək
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ maliyyə naziri Skott Bessent qarşıdan gələn G20 maliyyə nazirlərinin görüşündə həmkarları ilə İrana iqtisadi təzyiqin artırılması və Tehranla ticarət əlaqələrinə davam edən ölkələrə ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin sözçüsü Reuters agentliyinə bildirib.
"Nazirin yaxın günlərdə G20 həmkarlarımızla keçirdiyi ikitərəfli görüşdə bu məsələnin qaldırılacağını gözləyirəm. Bu, İrana qarşı iqtisadi kampaniyamızın vacib bir aspektidir, ona görə də bütün G20 üzvlərinin bu məsələdə həmfikir olmasını təmin etmək istəyirik".-deyə açıqlamada qeyd olunub.
Məlumat üçün qeyd edək ki, avqustun 24-də ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana qarşı birtərəfli sanksiyalarını kəskin şəkildə sərtləşdirdiyini və Tehranın gəlir mənbələrini tamamilə kəsmək niyyətində olduğunu açıqladı. O, həmçinin ABŞ-ın yeni İran əleyhinə məhdudiyyətlərə əməl etməkdən imtina edən istənilən ölkəyə ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirdi. Nazir, bu cür ölkələrin dollara çıxışını kəsəcəyi ilə hədələdi.
Qeyd edək ki, G20 maliyyə nazirlərinin görüşü 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək.
Anar
Bu mövzuda digər xəbərlər:G20 ölkələri bu məsələləri müzakirə edəcəklər
22 Noyabr 2025 14:46
E3 ölkələri İrana qarşı sanksiyalar tətbiq etmək üçün müraciət edir
28 Avqust 2025 19:04
G20 ölkələri COP29a dəstək ifadə ediblər
22 Noyabr 2024 00:30
G20 ölkələri “yaşıl” maliyyənin önəmli mənbəyidir
19 Noyabr 2024 09:19
Körfəz ölkələri İrana qarşı niyə birləşə bilmir?
26 İyul 2026 23:02
Baxış sayı:171
Bu xəbər 28 Avqust 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















