Galatasaray qapıçısı 6 cı saniyədə qol buraxdı, tarixə düşdü FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Uğurcan Çakırın zədələnməsindən sonra meydana çıxan "Qalatasaray"ın qapıçısı Günay Güvenç Monako ilə səfər matçında altıncı saniyədə qol buraxıb.
Milli.Az xəbər verir ki, bununla da o, anti-rekord edərək tarixə düşüb.
Zədə səbəbi ilə oyunu davam etdirə bilməyən Uğurcan Çakır əvəzləndikdən dərhal sonra, onun yerinə meydançaya daxil olan Günay Güvenç böyük şok yaşayıb. Monakonun künc zərbəsi zamanı hələ mövqeyini tam tuturmuş kimi görünməyən təcrübəli qapıçı qərarsızlıq edib. O, əvvəlcə topa müdaxilə etməkdən çəkinib, daha sonra qapıya qayıtmağa çalışsa da, Folarin Balogunun yaxın məsafədən endirdiyi zərbənin qarşısını ala bilməyib.
Günayın cəmi 6 saniyə sonra, 67:35-də qol buraxması tənqidlərə səbəb olub.
Qeyd edək ki, "Qalatasaray" səfərdə "Monako" ya 1:0 hesabla məğlub olub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















