Icma.az
close
up
RU
® “Gardashlar Mebel”dən daha bir nüfuzlu layihə Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təchizatı yerli istehsalla təmin edilib

® “Gardashlar Mebel”dən daha bir nüfuzlu layihə Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təchizatı yerli istehsalla təmin edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakıda yerləşən Özbəkistan Respublikasının yeni səfirlik binası “Gardashlar Mebel” şirkətinin istehsalı olan mebellərlə təchiz olunub.

İyulun 2-də keçirilən rəmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər. İki ölkə arasında strateji tərəfdaşlığın rəmzi olan bu kompleksin interyer həlləri, funksional planlaması və mebel dizaynı xüsusi diqqətlə hazırlanıb. Layihə çərçivəsində idarəetmə otaqları, diplomatik qəbul zalları, konfrans sahələri və ümumi istifadə zonaları üçün mebellər və divar üzləmələri “Gardashlar Mebel”in istehsal fabrikində gerçəkləşdirilib. Seçilmiş materiallar, rəng palitrası və dizayn yanaşması binanın rəsmi funksiyasını və protokol tələblərini tam şəkildə nəzərə alır.

Layihə ilə bağlı açıqlama verən “Gardashlar Mebel”in təsisçisi Əli Mirzəyev bildirib ki, layihənin icrası zamanı həm texniki keyfiyyət, həm də simvolik məsuliyyət ön planda olub:

“Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təminatı bizim üçün sadəcə bir layihə deyil, həm də qardaş ölkələr arasında inkişaf edən münasibətlərin etimad simvoludur. Biz bu layihədə yalnız funksionallığı deyil, həm də mədəniyyətlərarası harmoniya və estetik yanaşmanı əks etdirməyə çalışdıq.”

Əli Mirzəyev əlavə edib ki, “Gardashlar Mebel” olaraq diplomatik və dövlət səviyyəli layihələrdə iştirak etmək şirkətin istehsal və layihələndirmə potensialının göstəricisidir: “Bu cür yüksək səviyyəli layihələrin icrası sübut edir ki, yerli istehsal beynəlxalq tələblərə tam cavab verə bilir. Mebel istehsalında texniki dəqiqlik, dizaynda isə sadəlik və zəriflik əsas prioritetlərimizdir. “Gardashlar Mebel” bundan əvvəl də Bakıda yerləşən Qətər Dövlətinin səfirlik binasının mebel təminatını uğurla həyata keçirmiş və diplomatik sahədəki layihə portfelini genişləndirmişdir.”

Qeyd edək ki, “Gardashlar Mebel” 2015-ci ildən etibarən fəaliyyət göstərir və 450-dən çox əməkdaşı ilə ölkənin mebel sənayesində aparıcı istehsalçılardan biri olaraq tanınır. Şirkət son illərdə dövlət müəssisələri, diplomatik nümayəndəliklər, təhsil və səhiyyə müəssisələri üçün kompleks mebel təminatı layihələrini uğurla həyata keçirib. 2020-ci ildən etibarən isə məhsulların ixracına da başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri