GDU da keçirilən olimpiadada 300 ə yaxın məktəbli biliyini sınayıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə, 5 may, AZƏRTAC
Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə olimpiada təşkil edilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bilik yarışında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 300-ə yaxın XI sinif şagirdi iştirak edib.
Olimpiadada Gəncə şəhəri ilə yanaşı, Goranboy, Şəmkir, Daşkəsən, Samux və Göygöl rayonlarının ümumi təhsil məktəblərinin şagirdləri də biliklərini sınayıblar.
İştirakçılar üçün təqdim olunan suallar universitetin Filologiya və xarici dillər fakültəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən hazırlanıb. Şagirdlərə 50 test tapşırığı təqdim olunub.
Olimpiadanın yekununda iştirakçılara universitetdə tədris olunan ixtisaslar, fakültələr, beynəlxalq əlaqələr, həmçinin tələbə evinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bununla yanaşı, şagirdlərə universitetin fəaliyyəti haqqında məlumat kitabçaları da təqdim olunub.
Müxbir - Elcan Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 May 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















