Icma.az
close
up
RU
“Gec də olsa doğru addımdır” Natiq Cəfərli hökumətin qərarını dəyərləndirdi

“Gec də olsa doğru addımdır” Natiq Cəfərli hökumətin qərarını dəyərləndirdi

Icma.az, Sitat.info saytına istinadən bildirir.

"Hər zaman vurğulamışam ki, dövlət satınalmalarında, tenderlərdə kiçik-orta sahibkarların iştirakı, cəlb olunması iqtisadiyyatda ciddi multiplikativ effekt yarada, yeni iş yerlərinin yaranmasına, iqtisadi aktivliyin artmasına səbəb ola bilər. Misal kimi, 1929-32-ci illərdə ABŞ-da böhran zamanı alınan qərarları göstərmişdim. İqtisadiyyatın qarşısında ən böyük maniələrdən biri hüquq-mühafizə orqanlarının müdaxiləsi, ədalətli və sürətlə çalışan məhkəmə sisteminin olmamasıdır ki, bu haqda da dəfələrlə danışmışam.

Dünən Baş Nazir hörmətli Əli Əsədovun rəhbərliyi ilə iqtisadi Şuranın iclası olub. Rəsmi məlumat: “Toplantıda, "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup"-u tərəfindən hazırlanan "Məhkəmə və hüquq" sahəsinə və "Dövlət satınalma prosedurları" sahəsinə dair sahibkarların qaldırdığı aktual məsələlər ətraflı müzakirə olunub. Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq hökumətə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib”. Əgər doğurdan da bu məsələlərə, problemlərə yönəlik əməli addımlar atılacaqsa, bu iqtisadiyyatda ciddi müsbət dalğalar yarada bilər".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı, Real Partiyasının sədri Natiq Cəfərli deyib. 

O bildirib ki, gec olsa da, doğru bir addımdır: "Sadəcə düşünürsən ki, illərdir bu haqda danışırdıq, yazırdıq, hökumət niyə belə gec davranır, amma, olsun, gec olsun-güc olsun, istiqamət doğrudur, indi sürətlə qərarlar verilməlidir - keçirilən iclasda məsələlər doğru qaldırılıb, indi düzgün qərarlar zamanıdır. Məsələn, 25 oktyabr 2019-cu ildə medaiaya verdiyim açıqlamada, o zaman ayrıca İqtisad Məhkəmələri yaradılmasının yanlış olduğunu söyləmişdim: “İqtisadiyyatda dönüş olması üçün ədalətli məhkəmə sistemi olmazsa-olmazdır, amma hökumət yenə də başqa yol tutmaq, iqtisadi məsələləri həll etmək üçün ayrıca məhkəmə sistemi yaratmaq istəyir - səhv yoldur. Bizdə biznesin əsas dərdi, problemləri bir-birləri ilə olmur ki, İqtisadi məhkəməyə gedib onu həll etsinlər. Biznesin əsas dərdi yerli icra hakimiyyəti ilə, nazirliklər və dövlət idarələri ilə, hüquq-mühafizə orqanları ilə olur - o zaman biznes nə etsin?! Məhkəmə, hüquq-mühafizə orqanlarının işi kökündən dəyişməsə ayrıca İqtisad Məhkəmələri heç nəyə dərman olmayacaq və iqtisadiyyat da inkişaf etməyəcək”.İllər öncə gündəmə gətirib həllini istədiyimiz məsələlər indi müzakirəyə çıxarılır. Zaman, ən əsası da, iqtisadi fürsətlər itiririk...". 

Nigar,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 Fevral 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri