Icma.az
close
up
RU
Gec evlənirlər, heyvan saxlayırlar, amma uşaq saxlamaq istəmirlər Sosioloq

Gec evlənirlər, heyvan saxlayırlar, amma uşaq saxlamaq istəmirlər Sosioloq

Icma.az bildirir, Olke.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, şairə Nazilə Səfərli yaşı 30-a, 35-ə çatmış qızların ailə qurmama səbəblərindən danışıb və tənqidi fikirlər səsləndirib. O, indiki dövrdə qızların kişilərdən maddi tələblərinin çox olduğunu söyləyib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan sosioloq Üzeyir Şəfiyev bir nəfərin fikrinin bütün cəmiyyətə aid edilməsi ilə razılaşmayıb. O, nəinki qızların, hətta bütün cəmiyyətin artıq komforta üstünlük verdiyini söyləyib:

“Bir nəfərin fikri ilə demək olmaz ki, bütün qızlar elə düşünür. Eləsi də var, ailəyə başqa cür yanaşırlar. Bu gün insanlar daha çox öz həyatlarını, komfortunu düşünür, daha rahat, eqoist yaşamaq istəyirlər. Təkcə qadınlarda deyil, bütün insanlarda bu düşüncə var. Bu, həmçinin qlobal miqyasda belədir. İnsanlar ailə, uşaq qayğıları çəkmək istəmirlər. 

Əvvəllər ənənəvi cəmiyyətlərdə ailə institutu çox hörmətli idi. Artıq liberal dəyərlər çoxalıb, ictimai qınaq azalıb. Amma yenə də bu, hər kəsin belə düşündüyü mənasına gəlmir. Ailəyə dəyərli bir institut kimi yanaşanlar da var. 

Bütövlükdə götürəndə qlobal miqyasda insanlar rahatlığı seçirlər. Hətta Avropada baxırsan ki, insanlar heyvan saxlayırlar, amma uşaq saxlamaq istəmirlər, surroqat ana vasitəsilə valideyn olanlar var”. 

Ü.Şəfiyev qızların gec ailə qurmasını onların daha ağıllı düşünməsi ilə əlaqələndirib: “Qızlar əvvəllər tez evlənirdilər, indi isə daha ağıllı, rasional düşünürlər. Əvvəlcə təhsil almaq, karyera qurmaq, mənzil sahibi olmaq istəyirlər. Bu da yaxşı tendensiyadır. 

Evlilik yaşı həm qızlar, həm də oğlanlar arasında artıb. Qızlarda 24-25, oğlanlar arasında isə 28-30 yaşdır. Amma unutmamalıdırlar ki, kritik bir yaş dövrü var və qızların yaşı artdıqca sağlam övlad dünyaya gətirmək qabiliyyəti azalır. 

Əvvəllər qadınlar kişidən iqtisadi asılı vəziyyətdə idi. İndi qadınlar məşğul əhaliyə çevriliblər, iqtisadi asılılıq azalıb. Qızlar öz-özünü təmin edə bilir və köhnə qayda ilə yaşamaq istəmirlər. Kişilər də köhnə qayda ilə irəliləyə bilmir. Buna görə də ailədə münaqişələr çoxalıb. Bu da cəmiyyətdə düşüncələrin dəyişilməsi ilə bağlıdır. Tolerant yanaşmağa çətinlik çəkirlər. Biz artıq 30-40 il əvvəlki cəmiyyətdən danışa bilmərik. Köhnə dəyərlərin xeyli zəiflədiyini görürük, liberal dəyərlər var. Yeni reallıqlar yaranıb. Çoxlu səbəblər var: həm Qərb mərkəzləri tərəfindən “gender bərabərliyi” adı altında Azərbaycan kimi ölkələrin ailə institutunun hədəf alınması, həm də açıq cəmiyyətə inteqrasiya fonunda cizgi filmlər, seriallar, xarici ölkə səfərləri nəticəsində cəmiyyətin baxışları dəyişib, ailələr yeni məzmun qazanıb. Ailədaxili münasibətlərdə dəyişikliklər var”. 

Sosioloq müasir ailələrdə uşaq sayının az olmasına da münasibət bildirib. Onun sözlərinə görə, cəmiyyətlərdə mədəni səviyyə artıqca doğulan uşaq sayı da azalır: “Ailə planlaşmasında artıq uşaq sayının çox olmasına üstünlük vermirlər. 1,2 ən yaxşı halda 3 uşaq fikirləşirlər. Düşünürlər ki, uşaq sayı az olsun, amma daha keyfiyyətli təhsil alsın, karyerası normal olsun. 

Cəmiyyətin mədəni, təhsil səviyyəsi artdıqca çoxuşaqlıların sayı azalır. O vaxt deyirdilər ki, kasıbın nəyi də olmasa, uşaqdan bol olur. Çünki o vaxt uşaqpulu verilirdi. İndi elə bir həvəsləndirici müavinət yoxdur və ailələr də düşünür ki, bu uşağı ərsəyə gətirmək, oxutmaq, mənzil almaq var. Buna görə də özlərini uşaq qayğıları ilə yükləmək istəmirlər”. 

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see147

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see132

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri