Icma.az
close
up
RU
Gecə yuxudan teztez oyanırsınızsa... BUNU BİLMƏLİSİNİZ!

Gecə yuxudan teztez oyanırsınızsa... BUNU BİLMƏLİSİNİZ!

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yuxu insan orqanizminin normal fəaliyyəti üçün olduqca vacibdir.

İnsan həyatının 1/3 hissəsini yuxuda keçirir. Uşaqlar üçün normal yuxu xüsusilə vacibdir. El arasında deyirlər ki, "uşağın boyu yuxuda uzanır". Bu həqiqətdir. Məhz yuxu zamanı uşaqlarda xüsusi boyatma hormonu istehsal olunur.

Yuxu zamanı biz gün ərzində istifadə etdiyimiz psixiki və fiziki ehtiyatlarımızı bərpa edirik. Bu səbəbdən insan nə qədər çox işləyirsə, bir o qədər də çox yatmalıdır. Yaşlı insanlarda yuxuya olan təlabat azalır. Bu səbəbdən onlar cavan insanlarla müqayisədə  daha az yatırlar.

Normal tamdəyərli yuxudan sonra insan özünü gümrah, dincəlmiş hiss edir. Lakin bəzən insan yuxudan oyandıqda əksinə özünü yorğun, halsız hiss edir. Bunun səbəbi yuxunun normal, sağlam olmamasıdır. Bu hal uzun müddət ərzində davam etdikdə insanın həm fiziki, həm psixiki sağlamlığına ciddi zərbə vurur.

Əgər insan yuxudan tez-tez oyanırsa, yuxuya çətinliklə gedirsə, yuxusuzluqdan əziyyət çəkirsə, bu onun orqanizminin bərpasına mane olur. Belə pozulmaların səbəbi insanda olan hər hansı xəstəlik və ya pozulma ola bilər.

- Pis yuxunun əsas səbəblərindən biri sinir sistemi pozulmaları və xəstəlikləridir - depressiya, nevroz, psixiki pozulmalar, beyinin silkələnməsi, beyin infeksiyaları. Belə insanlar çətinliklə yuxuya gedir, gecə tez-tez oyanır, bəzən gecənin ortasında oyanır və sonra yuxuya gedə bilmir. Belə pozulmalar zamanı mütləq həkimə müraciət etmək lazımdır.

- Yuxu pozulmasının digər yayılmış səbəbi - yuxuda xoruldamaqdır. Yuxuda güclü xoruldayan insanda yuxu zamanı nəfəsalmanın müvəqqəti dayanması baş verir. Bu zaman beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. İnsan bunu hətta hiss etməyə bilər. Nəfəsalamın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, onun yaddaşı və diqqəti zəifləyir.

Tibdə bu pozulma "yuxunun obstruktiv apnoe sindromu" adlandırılır.

Nəfəsalmanın müvəqqəti dayanması insanın orqanizmi üçün izsiz keçmir. Bu zaman insan orqanizmi oksigenin çatışmazlığından (hipoksiya) əziyyət çəkməyə başlayır. Oksigenin çatışmazlığı ilk növbədə ürəyə və beyinə çox mənfi təsir edir. Bu orqanların fəaliyyəti üçün xüsusilə çox oksigen tələb olunur. Məhz bu səbəbdən belə insanları gecə saatlarında ürək tutmaları narahat edir. Həmçinin bu insanlarda gecə saatlarında insult və infarkt kimi ağır pozulmalar inkişaf edə bilər.

Kişilərdə apnoe potensiyanın və cinsi meylin zəiflənməsinə səbəb olur, hətta impotensiyanın inkişafına gətirib çıxarda bilər.

Bəzi ağır hallarda yuxunun obstruktiv apnoe sindromu hətta insanın yuxuda ani  ölümünə səbəb ola bilər. Yuxunun obstruktiv apnoe sindromu mütləq müalicə olunmalıdır.

- Ürək xəstəlikləri olan insanlar adətən pis yatır, gecə saatlarında tez-tez oyanır, sonra yuxuya gedə bilmir. Ürək tutmaları, infarkt və insult kimi ağır pozulmalar bir çox hallarda məhz gecə saatlarında baş verir.

- Yuxu zamanı mədə şirəsinin ifrazı dəyişilir ki, bunun nəticəsində xora xəstəliyi olan insanlarda ağrılar başlaya bilər. Bu ağrılar güclü olur və, təbii ki, insanı yuxudan oyadır, yuxuya getməyə imkan vermir. Bu çox ciddi xəstəlikdir. Müalicəsiz buraxılmış xora mədə xərçənginin inkiaşfına təkan verə bilər.

- Prostat vəzi xəstəlikləri zamanı kişilər gecə saatlarında tez-tez sidik ifraz etmək üçün oyanır. Bu çox ciddi simptomdur, mütləq uroloqa müraciət etmək lazımdır.

- Qalvanvari vəzi xəstəliyi olan tireotoksikoz zamanı insanlarda yuxu pozulmaları, yuxusuzluq olur.

- Şəkərli diabet xəstəliyi zamanı insanlar gecə saatlarında tez-tez sidik ifraz etmək üçün oyanır və həmçinin onları gecə güclü susuzluq narahat edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri