Icma.az
close
up
RU
Gecələr dözülməz olan SƏS Binada yaşamaq mümkün deyil

Gecələr dözülməz olan SƏS Binada yaşamaq mümkün deyil

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhəri, Firdovsi Məmmədov küçəsi 12A ünvanında yerləşən "Triumf" yaşayış kompleksinin sakinləri binanın altında yerləşən transformatorun yaratdığı güclü səs-küydən narazıdırlar.

Bununla bağlı Milli.Az-a şikayət daxil olub.

Kompleks sakini, 77 yaşlı pensiyaçı, onkoloji xəstə olan Fatma Ağadadaşovanın sözlərinə görə, son aylarda tikinti işlərinin başa çatmasından sonra transformatorun səsi daha aydın hiss olunmağa başlayıb. Onun bildirdiyinə görə, xüsusilə gecə saatlarında səs-küy daha da artır və dözülməz həddə çatır.

Sakin qeyd edir ki, yaranmış vəziyyət səbəbindən gecələr yatmaq mümkün olmur, bu isə xüsusilə sağlamlıq problemi olan insanlar üçün ciddi narahatlıq yaradır:

"Xəstə olduğum üçün mənə sakit və dinc mühit həyati əhəmiyyət daşıyır. Daimi gurultu baş ağrıları, stress və ümumi vəziyyətimin pisləşməsi ilə nəticələnir".

Bununla yanaşı, sakinlər transformatorun mümkün radiasiya təsiri ilə bağlı da narahatlıqlarını ifadə edirlər:

"Qeyd etmək istəyirəm ki, kompleks sakinləri olaraq dəfələrlə məsələ ilə bağlı MTK-ya müraciət etmişik. Bizə transformatorun səs izolyasiyası ilə təmin olunacağı bildirilsə də, bu günə qədər heç bir real tədbir görülməyib və problem olduğu kimi qalmaqdadır".

Məsələ ilə bağlı  "Triumf" yaşayış kompleksi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, hazırda yaranan səslə bağlı izolyasiya işləri görülür. 

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 May 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see327

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see281

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see274

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see265

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see259

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see258

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see249

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see246

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see223

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see217

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see217

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see215

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see207

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see205

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see190

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see190

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see183

Türkiyədə Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha 4 nəfər saxlanılıb

20 Sentyabr 2026 06:02see176

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see176

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri