Icma.az
close
up
RU
Gecələr makiyajın silinməsi və bu prosesin vacibliyi...

Gecələr makiyajın silinməsi və bu prosesin vacibliyi...

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər bir qadın üçün dekorativ kosmetikanın alışı xoş emosiyalar deməkdir. Kosmetika aldıqda, biz, onun keyfiyyəti, yeni olması, parlaqlığı və həmçinin qiymətinə nəzər salırıq.

Lakin, lazımı kosmetikanı aldıqda onun lazımı görünüş yaratması üçün dərinin vəziyyəti çox önəmlidir. Bunun üçün isə istifadə etdiyimiz elə bu kosmetik vasitələri gecələr dəridən mütləq şəkildə təmizləməmiz vacibdir.

Bu mövzü hər birimiz üçün tanış olduğundan, demakiyaj adlanan bu prosedurun gündəlik olaraq edilmədiyi  heç birimiz üçün sirr deyil. Lakin bunun üz dərisinə, göz ətrafı zonaya, kipriklərə nə qədər ziyanlı olduğunu bilirsinizmi?

Yaşadığımız mühitdə havada olan işlənmiş qazlar, tikintilərin tozu və s. kimi ziyanlı təsirlə bərabər gün ərzində tərləmək nəticəsində dəridə  əmələ gələn piy qatı və hər səhər istifadə etdiyimiz kosmetik vasitələr birləşib dəriyə hopduqda, gecə təmizlənilmədən dəriyə necə təsir göstərir?

Gecələr, yuxudan öncə dəriyə hopan bu ziyanlı maddələr qatının təmizləmədiyiniz halda, rastlaşacağınız ən yüngül nəticə tıxanmış məsamələr olacaq. Bu problem haqda isə hər birimizin xəbəri olduğundan, tıxanmış məsamələr - sadəcə olaraq dərinin iltihabı, o isə sızanaqların yaranması deməkdir.

Həmçinin dərinin tıxanmış məsamələri onun nəfəs almasına mane olur, və nəticədə dəri oksigen almayaraq, solğun və xəstə halı alır.

Dəridən əlavə kipriklərə sürtülən tuş, gün ərzində gözəl örünüş yaratsa da, gecələr təmizlənmədikdə, kipriklərin qurumasına və kövrək olmasına gətirir. Məhz bu səbəbdən belə hallarda səhərlər yastığın üzərində bir neçə kiprik görə bilərsiniz.

Beləliklə, gözlər və ümumilikdə dəridən makiyajın silinməsi...

Demakiyaj prosesinin müddəti makiyajın necə siləcəyinizdən asılıdır. Ən asan yol, demakiyaj üçün istifadə olunan gel, köpük və ya mussla üzü yumaqdır. Bu prosedur 1-2 dəqiqə vaxtınızı alacaq. Lakin, bu tip demakiyaj quru və həssas dəri üçün, qış aylarında isə normal dəri üçün də uyğun olmaya bilər.

Su istiafdə etmədən makiyajın silinməsi bir az çox zaman aparacaq, lakin bu 5-6 dəqiqədən artıq olmayacaq. Ən həssas kiprik və gözətrafı zonadır. İstifadı etdiyimiz tuşların əsasən suya davamlı olması onun silinməsi üçün bir az zaman, gözətrafı zona isı çox incə olduğundan ehtiyyatlı olmanızı tələb edir.

İlk olaraq dodaqlardan boya və ya parlaq boyanı silmək, sonradan gözlərin demakiyaj etmək lazımdır. Bunun üçün kosmetoloqlar alt kipriklərin altına isladılmış pambıq disklərini qoymaq, sonradan isə demakijay üçün istiafdə etdiyimiz vasitəli pambıqla kiprikəri təmizləməyi məsləhət görürülər. İstiqamət kipriklərin ucuna olmalıdır. Sonda isə dəridən makiyajın  silinməsidir ki, bunu, pambıq disklərə vasitəni əlavə edib, yüngül masaj hərəkətləri ilə təmizləmək məsləhətdir.

Ümid edirik,sizə  gecələr  dəridən makiyajın silinməsinin nə qədər vacib olduğunu bir daha xatırlatmış olduq. Unutmayın, dəriniz gecə nəfəs aldıqda, səhər daha təravətli və sağlam görünəcək.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Noyabr 2024 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see267

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see217

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see209

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see207

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see205

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see205

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see205

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see203

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see200

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see196

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see196

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see195

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see194

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see193

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see186

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see183

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see183

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see182

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see179

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri