Icma.az
close
up
RU
Gecikmədə olan krediti yenidən restrukturizasiya etmək olar? İqtisadçı şərh etdi

Gecikmədə olan krediti yenidən restrukturizasiya etmək olar? İqtisadçı şərh etdi

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya termini, iqtisadi və maliyyə sahələrində geniş istifadə olunan bir anlayışdır.

Bəs restrukturizasiya nə zaman tətbiq edilir?

Maliyyə çətinlikləri: Borclu şəxs və ya şirkət ödəmə qabiliyyətini itirdikdə və müntəzəm ödənişləri yerinə yetirməkdə çətinlik çəkdikdə restrukturizasiya tətbiq edilir.

İqtisadi böhran və ya şoklar: Şirkət, dünya iqtisadiyyatı və ya yerli bazardakı qeyri-sabitlikdən əziyyət çəkirsə, bu vəziyyətləri tənzimləmək üçün maliyyə restrukturizasiyası həyata keçirilə bilər.

Hüquqi tələblər və borc öhdəlikləri: Şirkətlər, kreditorlarla və ya maliyyə qurumları ilə razılaşmalarını tənzimləmək məqsədilə restrukturizasiya yolu ilə borclarını təxirə sala və ya azalda bilərlər.

Bu barədə Moderator.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, restrukturizasiya bank və bank olmayan kredit təşkilatlarında (BOKT)  tətbiq olunur:

“Restrukturizasiya kreditin və ya onun ödəniş şəklinin dəyişməsi deməkdir. Kredit restrukturizasiyası borclunun maliyyə vəziyyəti pisləşdikdə və ya ödəmə qabiliyyəti itirildikdə tətbiq olunan bir prosesdir. Bu kimi hallar əsasən praktikada tərəflərdən birinin məhkəməyə müraciəti əsasında tətbiq edilir. Bank və ya maliyyə qurumu, kreditin şərtlərini dəyişərək, məsələn, ödəniş müddətini uzadır, faiz dərəcəsini azaldır və ya kreditin bir hissəsini silir. Bu, əsasən müştərinin ödəmə qabiliyyəti ilə bağlı çətinlikləri aradan qaldırmaq məqsədilə edilir. Yəni məhkəmə şəxsin ödəmə qabiliyyətinə görə yenidən qərar çıxardır.

Restrukturizasiya  kredit götürənin sağlamlığını itirmə və ya ölümü zamanı da tətbiq olunur. Bu kimi məsələlər isə bankın daxilində həll olunur. Bu zaman şəxs Tibbi Ekspertizadan /TSEK- dən arayışını banka  təqdim edir, ölüm hallarında isə ölənin varisliyini qəbul edən şəxs krediti ödəyir və ya varislik qəbul edən yoxdursa, borc  ölüm kağızı əsasında silinir”.

Restrukturizasiyanın üstünlükləri:

Ödəmə yükünün yüngülləşdirilməsi: Borclunun və ya şirkətin ödəmə qabiliyyətinə uyğun yeni şərtlər təyin edilərək, müştəriyə əlavə maliyyə yükü azaldılır.

İqtisadi bərpa: Şirkətlər üçün maliyyə sağlamlığını bərpa etməklə, onların bazar fəaliyyətlərini davam etdirməsinə şərait yaradır.

Risklərin idarə olunması: Restrukturizasiya, maliyyə çətinliklərinə düşmüş tərəflərin borclarını daha idarəedilə bilən hala gətirir.

Restrukturizasiya, ümumiyyətlə hər iki tərəf - borclu və kreditor - üçün faydalı ola biləcək bir həll yoludur, çünki borclunun ödəniş qabiliyyətini bərpa etməsi, həmçinin kreditin geri alınması imkanlarını artırır.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2017

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see167

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see143

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see126

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri