Gədəbəy rayonunda keçirilən ilk fərdi qrant layihəsi başa çatıb
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gədəbəy rayonunda keçirilən “Demokratik və Hüquqi Azərbaycanın Qurulmasında Heydər Əliyev İzləri!” layihəsi uğurla başa çatdı. Azərbaycan Gənclər Fondunun elan etdiyi “Konistitusya və Suverenlik İli” üzrə fərdi qrant müsabiqəsinin qalibi olmuş Gəncə Dövlət Universitetinin “Tarix və coğrafiya fakültəsinin” tələbəsi Hüseynov Hüseyn Gəray oğlunun “Demokratik və Hüquqin Azərbaycanın Qurulmasında Heydər Əliyev İzləri!” layihəsi 2026-cı ildə Gədəbəy rayonunda keçirilən ilk fərdi qrant layihəsi olmuşdur.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi , Gədəbəy rayon gənclər və idman sektorunun və Gədəbəy təhsil sektorunun təşkilati dəstəyi ilə keçirilən “Demokratik və Hüquqin Azərbaycanın Qurulmasında Heydər Əliyev İzləri!” layihəsi Gədəbəy rayonunda və ətraf kəndlərdə yaşayan gənclərdən ibarət komandaların iştirakı ilə üç gün ərzində Gədəbəy rayon Slavyanka kəndində həyata keçirilmişdir.
İlk gün “Demokratik və Hüquqin Azərbaycanın Qurulmasında Heydər Əliyev İzləri!” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilmiş, I yeri “Ziya” (Gədəbəy rayon 2 saylı orta məktəb) komandası, II yeri “Zirvə” (Gədəbəy rayon Slavyanka kəndi 2 sayılı orta məktəb) komandası, III yeri “Zirvə-44”(Gədəbəy rayon Slavyanka kəndi 1 sayılı orta məktəb) komandası qazanmışdır.
İkinci gün keçirilmiş “ Breyin Rinq” intellektual oyunu üzrə turnirdə isə I yeri “Ziya”(Gədəbəy rayon 2 saylı orta məktəb) komandası, II yeri “Legend” (Gədəbəy rayon 2 saylı orta məktəb) komandası, III yeri “Hellfire” (Gədəbəy rayon Zəhmət kənd orta məktəb) komandası qazanmışdır.
Üçüncü gün layihə çərçivəsində keçrilmiş “Xəmsə” milli intellektual oyunu üzrə turnirdə isə I yeri “Hellfire” (Gədəbəy rayon Zəhmət kənd orta məktəb) komandası, II yeri “Mübariz” (Gədəbəy rayon Slavyanka kəndi 1 sayılı orta məktəb) komandası, III yeri “Final Revenge”(Gədəbəy rayon Slavyanka kəndi 2 sayılı orta məktəb) komandası qazanmışdır.
Layihədə 44 komanda 272 gənc öz intellektual potensiallarını həm inkişaf etdirmiş, həm də mübarizə apararaq qalib olmuşlar.Qaliblər layihə çərçivəsində diplom, medal və kuboklarla təltif edilmişlər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 Fevral 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















