Gədəbəy rayonunda ulu öndər Heydər Əliyevin anım günü qeyd olundu
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
YAP Gədəbəy rayon təşkilatının və Gədəbəy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar hüquq- mühafizə orqanlarının rəhbərlərinin, eləcə də rayon ictimayyətinin nümayəndələrinin iştirakı ilə Ulu Öndərin Gədəbəy rayonunun mərkəzində ucalan abidəsini ziyarət etdilər, abidə önünə tər gül dəstələri düzdülər, əziz xatirəsini hörmət və ehtiramla yad etdilər.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.
Allah rəhmət eləsin!
Baxış sayı:86
Bu xəbər 12 Dekabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















