Icma.az
close
up
RU
Gələcək üçün dəyişikliklər: Taekvondoda məşqçi təyinatları ayı İdman və Biz

Gələcək üçün dəyişikliklər: Taekvondoda məşqçi təyinatları ayı İdman və Biz

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın əvvəli taekvondo üzrə Azərbaycan millisində bir sıra məşqçi təyinatları ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, qadınlardan ibarət komanda Günay Zeynalova, gənclərdən ibarət qadın komandası Fəridə Əzizovaya həvalə olunub, yeniyetmələr isə Ayxan Tağızadənin rəhbərliyi ilə çıxış edəcəklər.

Böyük idman təcrübəsi olan, yeni nəslə çox şey verə bilən gənc mütəxəssislər məşqçi kimi fəaliyyətə başlayıblar.

Rəsmi təyinatın bu yaxınlarda olmasına baxmayaraq, Əzizova və Tağızadə ən azı bir turnirdə - Bəhreyndə keçirilən Gimnaziadada komandalarına rəhbərlik ediblər. Manamada Elcan Əliyev (78 kq) gümüş, Seyidxanım Məmmədova (52 kq) bürünc medal qazanıb. İndi yeni məşqçilər öz vəzifələrinin icrasına tam başlayıblar və komandanı yeni mövsümə hazırlayacaqlar.

Əzizova və Tağızadənin gənclər komandasına gəlişi gənc istedadlara yeni təkan vermək məqsədi daşıyır. Üstəlik, Fəridə gənclər arasında dünya çempionu olmaqla adından söz etdirib, sonralar böyüklər arasında dünya çempionatında bir neçə dəfə fərqlənib, dəfələrlə olimpiadada çıxış edib. Bir sözlə, o, karyerasını başa vurana kimi xeyli yol keçib.

Ən texnikalı idmançılardan biri kimi yadda qalan Tağızadə Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Təbii ki, onun məşqçilik təcrübəsi Əzizovadan azdır, lakin daha da inkişafı üçün perspektivlər var.

Qadınlardan ibarət milli üçün də yeni səhifə açılır. Uzun müddət komandaya koreyalı Sun-Min Park rəhbərlik edirdisə, indi bu vəzifə Günay Zeynalovaya həvalə olunub. Şübhəsiz, istedadlı taekvondoçularımız var, lakin onların elitada parlamağa başlaması üçün hələ çox zaman var.

Federasiyanın gənc mütəxəssislərə diqqət yetirməsi tamamilə başa düşüləndir. Hazırlıqlar Los-Ancelesə, hətta 2032-ci il Oyunlarına da hədəflənib. Axı sonuncu tsikl az qala fəlakətə çevrildi: Parisə yeganə lisenziya qazanıldı. Qaşım Maqomedov əslində olimpiadanın finalına çıxmaqla taekvondo məktəbimizin nüfuzunu xilas etdi. Millidəki kritik vəziyyəti düzəltməyi bacaran kişilərdən ibarət komandanın baş məşqçisi vəzifəsinə Məmməd Abdullayevin təyin edilməsi də vaxtında idi.

Ona görə də növbəti mövsüm təkcə idmançılar üçün deyil, həm də fərdi olaraq hər bir məşqçi üçün yeni çağırış olacaq.

Zəki Feyzullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri