Icma.az
close
up
RU
Gələcəyə yönəlmiş baxış

Gələcəyə yönəlmiş baxış

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cari ilin 3 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirildi. Tədbirdə ölkə Prezidenti İlham Əliyev geniş məzmunlu çıxış edərək Azərbaycan elminin tarixi inkişaf yolu, bu sahədə dövlət siyasətinin prioritet istiqamətləri və qarşıdakı illər üçün müəyyənləşdirilən vəzifələr barədə fikirlərini bölüşdü.

Prezident İlham Əliyev çıxışına yubiley münasibətilə alimləri, elmi ictimaiyyətin nümayəndələrini və qonaqları təbrik etməklə başladı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin elmi və intellektual tarixində mühüm yer tutur, müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək bu gün milli elmin aparıcı mərkəzinə çevrilib.

Cənab Prezident son illərdə elmin inkişafına göstərilən dövlət qayğısını xüsusi qeyd edərək bildirdi ki, son on ildə elmi tədqiqatların maliyyələşməsi əhəmiyyətli dərəcədə artmış, elmə ayrılan vəsait iki dəfədən çox yüksəlmişdir. Bu, dövlətin elmə verdiyi strateji önəmin bariz göstəricisidir. Prezident İlham Əliyev həmçinin vurğuladı ki, elmin inkişafı yalnız nəzəri istiqamətdə deyil, praktiki nəticələr baxımından da prioritet olmalıdır. Elm iqtisadiyyatın modernləşməsinə, yeni texnologiyaların tətbiqinə və milli innovasiya sisteminin formalaşmasına xidmət etməlidir.

Dövlət başçısı çıxışında Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən də danışdı. Son illərdə elmi-tədqiqat institutlarının binalarının yenilənməsi, yeni kitabxanaların və elmi mərkəzlərin yaradılması, gənc alimlər üçün müasir şəraitin təmin olunması kimi layihələr həyata keçirilmişdir. Bu təşəbbüslərin məqsədi elmin müasir tələblərə uyğun inkişafını təmin etmək, gənclərin bu sahəyə marağını artırmaqdır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın azad edilmiş torpaqlarında həyata keçirilən bərpa və quruculuq işlərində də elmin və texnologiyanın rolu mühüm olmalıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan yeni yaşayış məntəqələrinin planlaşdırılması, ekoloji tarazlığın bərpası və kənd təsərrüfatı texnologiyalarının tətbiqi sahəsində elmi yanaşma əsas şərtlərdəndir.

Dövlət başçısı həmçinin vurğuladı ki, elmi fəaliyyətin əsas məqsədi yalnız nəticə əldə etmək deyil, həm də elm adını şərəflə daşımaq, yeni elmi məktəblər yaratmaq və gənc nəslin elmə marağını stimullaşdırmaqdır. Cənab Prezident, gənc tədqiqatçılara müraciət edərək bildirdi ki, müasir Azərbaycan elminin gələcəyi onların əzmindən, fədakarlığından və yaradıcılıq potensialından asılıdır.

Çıxışının sonunda Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin elmin inkişafına verdiyi tarixi töhfələri xatırladaraq qeyd etdi ki, bu siyasət bu gün də ardıcıl şəkildə davam etdirilir. Azərbaycan elmi milli maraqlara, müstəqil dövlət quruculuğuna və innovasiyaya əsaslanan yeni dövrə qədəm qoyur.

Cənab Prezidentin çıxışı təkcə yubiley münasibətilə deyil, həm də Azərbaycan elminin gələcək inkişaf strategiyasının təqdimatı xarakteri daşıdı. Tədbir ölkənin elmi ictimaiyyəti üçün mühüm tarixi hadisə kimi yadda qaldı bu çıxışda həm elmi ənənələrə dərin hörmət, həm də gələcəyə yönəlmiş baxış aydın şəkildə ifadə olundu.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri