Şon Daffi: ABŞ da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 15 noyabr, AZƏRTAC
ABŞ hakimiyyət orqanları bu həftə ölkədə hava nəqliyyatında baş vermiş genişmiqyaslı nasazlığa səbəb olan marşrutlaşdırıcı qurğunu (router) müəyyən edib və cihaz təhlil edilməsi üçün mütəxəssislərə təhvil verilib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi məlumat verib.
“Problem yaradan və şəbəkəmizə məlumat ötürən marşrutlaşdırıcı cihazı aşkarladıq. Hazırda qurğu Floridadakı “L3 Harris” laboratoriyasındadır. Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndələri də oradadır. Bu işlərə Federal Təhqiqat Bürosu (FTB) dəstək verir”, - deyə o, CNN telekanalına bildirib.
Ş.Daffi əlavə edib ki, mütəxəssislər və müstəntiqlər problemin marşrutlaşdırıcının quraşdırılması zamanı baş verən xəta, yoxsa cihazın özündəki texniki nasazlıq ilə əlaqəli olduğunu müəyyənləşdirəcəklər.
Qeyd edək ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinin idarə edilməsi mərkəzlərində rabitə nasazlığı səbəbindən ölkə daxilində bütün uçuşları dörd saatdan çox müddətə dayandırmışdı. Cümə və şənbə günləri 10 mindən çox reysin ləğvi ilə nəticələnən bu hadisə ölkə üzrə son 25 ilin ən uzunmüddətli uçuş məhdudiyyəti kimi qeydə alınıb. ABŞ-nin nəqliyyat naziri Şon Daffi baş verən fasiləni hava hərəkətinə nəzarət sistemlərinin köhnə olması və həddindən artıq yüklənməyə tab gətirməməsi ilə əlaqləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 15 Noyabr 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















