Icma.az
close
up
RU
Yüz ildən sonra... FOTOLAR

Yüz ildən sonra... FOTOLAR

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

 .... Dünyada elə insanlar var ki, rəhmətə gedəndən sonra da yaşayır, xatırlanır, yada salınır... Belə insanlardan biri də müəllimlər müəllimi Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində direktor işləmiş , Allahın dərgahına qovuşmuş Əvəz Əliş oğlu Əliyevdir. Əliş kişi Füzulinın, Bəhmənlinin ağsaqqallarından olub və onun oğlu Əvəz müəllim də atasının yolunu davam etdirərək həmin yolla addımlayıb. O, Bəhmənlidə həm böyük ziyalı,həm böyük ağsaqqal, həm də böyük müəllim kimi iz qoyub! Əvəz Əliyev yüz illik yubileyi oğlu  Qəhrəmana məxsus  " Şah " restoranında  noyabrın 15- də keçirilib.

Yubiley tədbiri çox möhtəşəm təşkil edilib. Bu tədbirdə Füzuli ictimaiyyətinin nümayəndələri, ziyalılar, şəhid ailələri, Əvəz müəllimlə bir yerdə çalışmış müəllimlər və böyük müəllimin yetişdirdiyi , həyata vəsiqə verdiyi  insanlar iştirak ediblər. Tədbiri uzun müddət Əvəz müəllimlə bir yerdə işləmiş Balaca müəllimin oğlu, böyük ziyalı və müəllim Əsəd Kazımov aparıb! Əsəd müəllim tədbir iştirakçılarına Əvəz Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun müəllim peşəsinə necə dəyər verməsindən danışıb.

Sonra ayrı- ayrı ziyalılara söz verib! Tədbirdə çıxış edən  müəllimlər müəllimi( o , mənim atamın ibtidai sinif müəllimi olub) Həqiqət Rzayeva deyib ki, Əvəz müəllim kimi məktəb direktorları xalqımızın tarixində əbədi yaşayacaq.O,çox qeyri-adi və istedadlı bir şəxsiyyət olub! Heç vaxt haqqı nahaqqa verməyib və bizim ürəyimizdə əbədi bir heykəl ucaldıb! Əvəz  müəllim yüz ildən sonra da  elə həmin şəxsiyyət, həmin insandı.Onun adı bizim məktəbin tarixinə qızıl hərflərlə yazılıb. Və biz bununla fəxr edirik. Tədbirdə  Füzuli rayonu Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Əvəz müəllimlə çiyin-çiyinə çalışmış Nurəddin Abbasov, Əhliman Babayev, Yunis Məmmədov,. İsmayılov,  Böyük Bəhmənli kənd tam orta məktəblərin direktorları Solmaz Qənimətli,.Həsən Rzayev,  onun yetirmələri Natiq Şükürov, Təbriz Süleymanov, Zülfüqar Məmmədov, Barat Səfərov və başqaları çıxış edərək Əvəz  Əliyevin şanlı və işıqlı həyatından söhbət açıblar.

Onlar qeyd ediblər ki, Əvəz müəllimin yetirmələrinin arasında elmlər doktoru,professor, general, prokuror, hakim, məşhur şairlər, yazıçılar, jurnalistlər var! Onlar ölkəmizin tanınmış simalarındandır ! Əvəz Əliyev yüz ildən sonra belə bir sevgi ilə xatırlandı.

Tədbirin sonda onun oğlanları Qəhrəman, Mətləb, Rəhman Əliyevlər çıxış edərək atlarına yüksək qiymət verdiklərinə görə  rayon ictimaiyyətinə, iştirakçılara minnətdarlıqların bildiriblər! Böyük insanlar , millətin yoluna Günəş kimi işıq saçan ziyalılar, müəllimlər heç vaxt ölmürlər! O cümlədən müəllimlər müəllimi Əvəz Əliş oğlu Əliyev!!!

Emil FAİQOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Noyabr 2026 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri