Icma.az
close
up
RU
Gələcəyimiz olan gənclər!

Gələcəyimiz olan gənclər!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Tərbiyənin əsası ailədə qoyulur...

Hələ qədim zamanlardan bu günə qədər ölkəmizdə ailənin formalaşmasında, gənclərin təlim-tərbiyəsində milli dəyərlərin özünəməxsus rolu olub. Hər bir insanın cəmiyyətdəki davranışlarını tənzimləyən qanunlarla yanaşı, xalqın milli adət-ənənələrindən irəli gələn yazılmamış qanunlar da həyatımızın bir parçasına çevrilib. Bu qanunlardan biri isə böyüyə hörmət prinsipidir. Ailədə, küçədə, ictimai yerlərdə, ailə toplantılarında yaşca və mövqecə böyük olan şəxslərə xüsusi ehtiram göstərmək dəyişməz bir davranış qaydası hesab olunur.

Gələcəyimiz və sabahımız olan gəncləri elə yetişdirməliyik ki, onlar öz xarakterlərində, əməllərində daim ali hissləri daşısınlar. Ekspertlər hesab edirlər ki, tərbiyənin əsası ailədə qoyulur və uşaqlar bu təməllər üzərində inkişaf edib gənc yaşa gəlib çatırlar. Əlbəttə, bağçada, məktəbdə, ali məktəbdə, bütövlükdə, cəmiyyətdə onların yetişməsi üçün münbit şərait formalaşdırılmalıdır.

Azərbaycanda uşaq və gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə həm fiziki, həm də mənəvi inkişafı təmin edən kompleks tədbirlər həyata keçirilir. Gələcəkdə sağlam, savadlı, milli dəyərlərə sadiq vətəndaşların formalaşması üçün bu sahədə ardıcıl işlər görülür.

Uşağın sağlam və balanslı böyüməsi üçün...

Mövzunu “Yeni Azərbaycan”a şərh edən psixoloq Elnur Rüstəmov bildirib ki, uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Psixoloq qeyd edib ki, onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımından mühüm əhəmiyyət kəsb edir: “Uşaqlıq və gənclik dövrü insan həyatının ən həssas və formalaşdırıcı mərhələləridir. Bu dövrlərdə düzgün tərbiyə, sağlam həyat tərzi, sosial mühit və ailə dəstəyi uşağın sağlam və balanslı böyüməsində əsas rol oynayır.

Təhsil müəssisələri, müəllimlər və ümumilikdə cəmiyyət də bu prosesin mühüm iştirakçılarıdır. Məktəblərdə yalnız dərs proqramı deyil, həm də mənəvi tərbiyəyə yönəlik tədbirlər, məsələn vətənpərvərlik, əxlaq, dostluq, dürüstlük, əməksevərlik kimi mövzular ön planda tutulmalıdır. Uşaq və gənclərin ədəbiyyat, musiqi, incəsənət, idman kimi sahələrə cəlb olunması onların həm estetik zövqünün, həm də mənəvi zənginliyinin inkişafına xidmət edir”.

Psixoloji sağlamlıq fiziki və mənəvi inkişafın ayrılmaz hissəsidir

E.Rüstəmovun sözlərinə görə, texnologiyanın inkişafı, internetin geniş yayılması həm müsbət, həm də mənfi təsirlər yaradır. İnformasiya bolluğu uşaqların dünyagörüşünü genişləndirsə də, nəzarətsiz istifadə onların psixikasına zərər verə, yanlış davranış modellərinin yaranmasına səbəb ola bilər: “Valideynlər və müəllimlər bu sahədə maarifləndirici işlər aparmalı, uşaqlara təhlükəsiz internet istifadəsi qaydalarını öyrətməlidirlər.

Psixoloji sağlamlıq da həm fiziki, həm də mənəvi inkişafın ayrılmaz hissəsidir. Uşaqların və gənclərin streslə mübarizə bacarıqları, özünə inamı, sosial ünsiyyət bacarıqları inkişaf etdirilməlidir. Psixoloq, müəllim və valideynlər birlikdə işləyərək uşaqların fərdi xüsusiyyətlərini nəzərə almalı, onlara zəruri dəstəyi göstərməlidirlər. İdmanın rolu xüsusilə vurğulanmalıdır. İdman yalnız fiziki sağlamlığı gücləndirmir, həm də intizam, liderlik, əməkdaşlıq, özünəinam kimi mühüm sosial-psixoloji keyfiyyətləri inkişaf etdirir. Komanda oyunları gənclərin sosiallaşmasına, ünsiyyət bacarıqlarının artmasına şərait yaradır. Fərdi idman növləri isə məsuliyyət və özünə hörmət hissini gücləndirir”.

Sağlam bədən, sağlam düşüncə...

Psixoloq qeyd edib ki, uşaqların və gənclərin istedadlarının üzə çıxarılması üçün şərait də yaradılmalıdır: “İstedadın vaxtında kəşf olunması və inkişafı onların gələcəkdə peşə seçimində, həyata baxışlarında mühüm rol oynayır. Hər bir uşaq öz potensialını reallaşdırmağa layiqdir. Buna görə məktəblərdə, mədəniyyət evlərində, idman klublarında müxtəlif istiqamətli dərnəklərin fəaliyyəti təşviq edilməlidir.

Unutmaq olmaz ki, uşaqların və gənclərin inkişafına sərf olunan hər bir zəhmət gələcək üçün qoyulmuş ən dəyərli sərmayədir. Sağlam bədən, sağlam düşüncə, düzgün dəyərlər sistemi yetişən gəncləri daha uğurlu, əmin addımlarla həyata hazır edir. Bu, təkcə fərdi deyil, eyni zamanda milli təhlükəsizlik, iqtisadi inkişaf və cəmiyyətin rifahı üçün də böyük əhəmiyyət kəsb edir. Ona görə hər kəs - ailə, müəllim, dövlət qurumları, ictimai təşkilatlar bu prosesə töhfə verməlidir ki, gələcəyimiz sağlam, savadlı, mənəvi baxımdan zəngin gənclərin əllərində olsun”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 İyul 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri