Icma.az
close
up
RU
Gələcəyimizə dəyən güllə...

Gələcəyimizə dəyən güllə...

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"İdrak" liseyində baş verən silahlı insidentdən sonra sosial şəbəkələrdəki bəzi reaksiyalar hadisənin özü qədər vahiməli mənzərə yaradıb. Şagirdin müəlliminə qarşı törətdiyi bu qanlı əməli təqdir edənlərin və ona haqq qazandıranların tapılması cəmiyyətdə zorakılıq meyillərinin nə dərəcədə kök saldığını aşkara çıxarır. Bu tip yanaşmalar gələcək cinayətlər üçün sanki yaşıl işıq yandırır və aqressiyanı qəhrəmanlıq kimi qələmə verərək digər yeniyetmələri də yanlış yola sövq edir. Baş verənlər bir daha sübut edir ki, təkcə ailə və təhsil ocağının nəzarəti ilə iş bitmir, hər bir fərd mənəvi məsuliyyətini dərk edərək zorakılığa qarşı birmənalı mövqe nümayiş etdirməlidir.
Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələyə ilk növbədə hüquqi aspektdən qiymət verilməlidir:
“Konkret olaraq cinayət əməlini törədən şəxs mövcuddur. Həmin şəxs azyaşlı olsa belə, əməli törətdiyinə görə məsuliyyət daşıyır. Qanunvericilikdə azyaşlılar üçün də nəzərdə tutulan məsuliyyət və sanksiyalar var və bu mövzuda hər hansı spekulyasiyaya yol vermək olmaz. Müəllimin davranışı, hətta müəyyən hallarda doğru və ya yanlış ola bilər. Lakin bu, heç bir halda kiminsə silah götürərək müəllimə qarşı zorakılıq tətbiq etməsinə bəraət qazandırmır. Eyni zamanda burada müəllimlərin qorunması və onların hüquqlarının müdafiəsi istiqamətində daha ciddi addımlar atılmalıdır. Əks halda, cəmiyyətdə özbaşınalıq yarana bilər və istənilən şəxs xoşuna gəlməyən bir sözə və ya davranışa görə başqasına silah çəkə bilər. Bu isə qətiyyən yolverilməzdir. Bu hadisə eyni zamanda cəmiyyətdə mövcud olan savadsızlıq və hüquqi şüurun zəifliyi problemi ilə də bağlıdır. Bu məsələ daim diqqətdə saxlanılmalıdır. Çünki bəzən Azərbaycan cəmiyyətində bu cür hadisələrə münasibətdə düzgün mühakimənin formalaşmadığını müşahidə edirik. Hər bir halda, baş verənlər ciddi psixoloji sarsıntı yarada biləcək hadisədir. Məsələ ilə bağlı araşdırmalar tam başa çatdıqdan sonra daha konkret və dəqiq mövqe bildirmək mümkün olacaq”.
Əslində, məktəbdə baş verən bu ağır mənzərə təkcə təhsil ocağının deyil, hər birimizin içini göynədən ortaq dərddir. Güllə müəllimə dəysə də, sanki gələcəyimizə və illərdir qoruduğumuz o mənəvi dəyərlərə tuşlanıb. İndi kənara çəkilib "mənlik deyil" demək yox, ailədən başlayaraq hər birimiz bu ağır məsuliyyəti hiss etməliyik. Çünki bu gün telefonun, internetin içində itib-batan, laqeydlikdən qidalanan hər bir yeniyetmənin sabah hansı faciəyə imza atacağını kimsə kəsdirə bilməz. Sanki bir qığılcım hər an böyük bir yanğına çevrilə bilər və biz buna sadəcə baxmaqla kifayətlənməməliyik.
Leyla Turan 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri