Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Gələcəyin cəmiyyəti mədəni insanla yüksələcək

Gələcəyin cəmiyyəti mədəni insanla yüksələcək

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli mədəniyyətin sabahı barədə ictimai dialoq

Məlum olduğu kimi, bu il yanvarın 14-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Mədəniyyəti–2040” dövlət konsepsiyası dünyada və regionda yeni geosiyasi reallıqlar şəraitində milli mədəniyyətimizin strateji, sistemli və elmi əsaslandırılmış inkişaf mərhələsinə keçidini təmin etmək məqsədi daşıyır. Ölkə ictimaiyyətinin çoxsaylı nümayəndələri, ziyalılar, kulturoloqlar sözügedən konsepsiyanın qarşıdakı illər ərzində uğurla həyata keçirilməsinin müstəqil Azərbaycanın mədəni həyatının hərtərəfli inkişafına böyük töhfə verəcəyinə əmindirlər.

Təqdirəlayiq haldır ki, ölkəmizin vətəndaş cəmiyyəti fəalları, qeyri-hökumət təşkilatları bu istiqamətdə konkret işlər görməyə başlayıblar. Bu günlərdə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Atatürk Mərkəzində “Azərbaycan Mədəniyyəti – 2040” dövlət konsepsiyasının müzakirəsinə həsr olunan konfrans keçirilib. Milli mədəniyyətin gələcəyi haqqında peşəkar və ictimai dialoq üçün intellektual platformaya çevrilən toplantıda geniş müzakirələrin sonunda sözügedən sənədə dəstək ifadə edən bəyannamə qəbul edilib. Əməkdaşımız konfrans iştirakçıları ilə görüşüb onlardan dövlət konsepsiyasının məramı, əhəmiyyəti və görüləcək işlər barədə fikir və mülahizələrini bildirmələrini xahiş edib. Tanınmış kulturoloqların rəylərini oxuculara təqdim edirik.

Fuad MƏMMƏDOV,
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor:

– İlk növbədə, assosiasiyanın bütün üzvləri adından möhtərəm Prezidentin imzaladığı konsepsiyaya prinsipial dəstəyimizi ifadə etməyi özümə borc bilirəm. Qeyd etmək lazımdır ki, bu mühüm sənəd mədəniyyət sahəsi üçün yol xəritəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcək cəmiyyət modelinə dair strateji baxışdır.

Konsepsiyanın əsas üstünlüyü ondan ibarətdir ki, mədəniyyəti həm ayrıca bir sahə, həm də dövlətin, cəmiyyətin inkişafının mərkəzi elementi kimi təqdim edir. Bu baxımdan, sənəd müasir dövrün çağırışlarına tamamilə cavab verir və dərin kulturoloji məntiq üzərində qurulub.

Biz 2040-cı ili daha çox texnologiyalar, süni intellekt, “ağıllı şəhər”lər və sürətli iqtisadi artım prizmasından təsəvvür edirik. Amma bir sual çox vaxt kölgədə qalır: bütün bu inkişafı idarə edəcək insan necə olacaq? “Simurq” assosiasiyası “Yüksək səviyyəli mədəni insan” modeli qurmağı təklif edir. Bu formul sadə, amma dərin məna daşıyır: ruhi mədəniyyət iki paralel istiqamətdə inkişaf etməlidir – mənəvi və intellektual mədəniyyət. Bu iki xətdən biri zəiflədikdə, cəmiyyət tarazlığını itirir.

Mənəvi mədəniyyət özündə sevgi, dostluq, mərdlik, nəciblik, ədalət, vicdan, iman, vətənpərvərlik, humanizm kimi keyfiyyətləri birləşdirir. Mənbəyi düzgün tərbiyədir. İntellektual mədəniyyət isə elmi biliklərlə zənginləşmiş ağıl deməkdir. Mənbəyi elm, təhsil, maarifləndirmədir.

Ruhi mədəniyyətin hər iki istiqaməti insanı düşünməyi, sual verməyi, müqayisə aparmağı öyrədir. Mənəvi mədəniyyət isə ona hansı dəyərlər üzərində dayanmalı olduğunu xatırladır. Bu ikisinin sintezi mədəniyyəti mücərrəd anlayışdan real həyat tərzinə çevirir.

Bəli, bu fikri bir daha və dönə-dönə vurğulamaq istəyirəm: güclü dövlət, sağlam cəmiyyət, ilk növbədə, düşünən və dəyər bilən insanlardan başlayır. 2040-a gedən yol texnologiyalarla yanaşı, yüksək səviyyəli mədəni insandan keçir.

Svetlana BAYRAMOVA,
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti:

– Azərbaycan mədəniyyəti möhkəm tarixi və mənəvi fundament üzərində qurulub. “Azərbaycan Mədəniyyəti–2040” Konsepsiyasının əsas çağırışı bu milli və mental dəyərləri itirmədən müasir alətlərlə yeni funksionallıq qazanmaqdır. Rəqəmsal platformalarda mədəni irsin təqdimatı, müasir sənət dilləri ilə klassik mövzuların izahı, kreativ sənayelərin inkişafı prosesin tərkib hissəsidir.

Burada əqli mədəniyyət yeniliyi qorxmadan qəbul etməyi, mənəvi mədəniyyət isə “hər yenilik dəyərdirmi?” sualını verməyi təmin edir. Bu tənasüb olmadıqda ya köhnəlmiş konservatizmə, ya da kimliksiz kosmopolitliyə sürüklənmək riski yaranır.

Gələcəyin cəmiyyəti elm və təhsildən kənarda ola bilməz. Mədəniyyət düşüncə mədəniyyəti ilə qidalanmalıdır. Kitab oxuyan, tədqiqat aparan, innovasiyaya açıq insan eyni zamanda mədəni insan olur.

Təhsil sistemi mədəniyyəti yalnız “fənn” kimi deyil, düşüncə tərzi kimi aşılamalıdır. Bu yanaşma mənəvi mədəniyyəti dərinləşdirir, zehni mədəniyyəti isə intellektual məsuliyyətlə zənginləşdirir.

Azərbaycanın mədəni xəritəsi rəngarəngdir. Fərqli bölgələr, dillər, ənənələr, üslublar bu mədəni mozaikanı formalaşdırır. “Azərbaycan Mədəniyyəti – 2040” bu müxtəlifliyi qorumağı, eyni zamanda, ortaq milli dəyərlər ətrafında birliyi gücləndirməyi hədəfləyir.

Yüksək səviyyəli, mədəni insan fərqli olana dözümlə yanaşan, dialoq quran, qarşılıqlı hörməti əsas prinsipə çevirən insandır. Bu, artıq təkcə mədəni məsələ deyil, həm də cəmiyyətdə sabitliyin təminatıdır.

Minaxanım ƏSƏDOVA,
tarix elmləri doktoru, professor:

– Düşünürəm və buna tamamilə əminəm ki, Azərbaycan mədəniyyəti hələ tam açılmamış böyük potensiala malikdir. Musiqidən ədəbiyyata, teatr və kinodan xalq yaradıcılığına qədər bütün sahələr paralel və sistemli şəkildə inkişaf etdirilməlidir. Mədəniyyət yalnız qorunan irs olmaqla yanaşı, iqtisadi və sosial dəyər yaradan canlı resursdur. Bu potensialdan istifadə etmək üçün mədəniyyətə baxış dəyişməlidir: istehlak edilən məhsul kimi yox, formalaşdırılan dəyər kimi. Bu mənada kulturoloji biliklərin təbliği çox vacib şərtlərdəndir.

“Azərbaycan Mədəniyyəti–2040” dövlət konsepsiyasına uyğun olaraq “Yüksək səviyyəli mədəni insan” anlayışı yalnız paytaxtda və böyük şəhərlərdə olmamalıdır. Bölgələrdə yaşayan insanlar, fiziki imkanları məhdud şəxslər, iqtisadi baxımdan həssas qruplar mədəni proseslərə cəlb olunmalı, regionlarda kulturoloji biliklərin təbliği genişləndirilməlidir.

Qloballaşma milli mədəniyyətlər üçün həm təhlükə, həm də fürsətdir. 2040-cı ilə doğru Azərbaycan mədəniyyəti qlobal məkana dünyəvi və milli kimliyini qoruyaraq getməlidir. Texnologiyalar ünsiyyəti sürətləndirsə də, canlı insanı əvəz edə bilmir. “Azərbaycan Mədəniyyəti–2040” konsepsiyasına əsasən cəmiyyətdə ənənəvi ünsiyyət formalarının – söhbət, müzakirə, birgə mədəni təcrübələrin qorunması mənəvi mədəniyyətin əsas vəzifələrindəndir.

Əqli mədəniyyət texnologiyanı idarə etməyi öyrədir, mənəvi mədəniyyət isə texnologiyanın bizi idarə etməsinə imkan vermir. 2040 vizyonunda Azərbaycan mədəniyyəti regional və qlobal mədəni platformalarda daha fəal iştirak etməli, dialoq qurmalı, paylaşmalı və öyrənməlidir.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri