Icma.az
close
up
RU
Gələcəyin elektronikası üçün 2D hibrid material yaradılıb

Gələcəyin elektronikası üçün 2D hibrid material yaradılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Qrafen və kvars şüşəsindən yaradılmış yeni “glafen” adlı material unikal elektron davranış və möhkəm qatlararası bağlarla fərqlənir.

AZƏRTAC “Phys.org” portalına istinadla xəbər verir ki, gələcəyin qabaqcıl materialları arasında xüsusi maraq doğuran maddələrdən biri də qalınlığı cəmi bir atom olan təbəqəvi strukturlardır. Məsələn, altıbucaqlı kristal qəfəs şəklində düzülmüş təkqatlı karbon atomlarından ibarət material olan qrafen inanılmaz möhkəmliyi və elektrik keçiriciliyi ilə tanınır. Bu tip yüzlərlə maddə mövcud olsa da, onları keyfiyyətcə yeni materiallara birləşdirmək mühüm çətinlik olaraq qalır. Adətən belə materiallar sadəcə üst-üstə yığılır və təbəqələr arasında demək olar ki, heç bir qarşılıqlı təsir olmur.

Rays Universitetinin alimlərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu bu problemi həll etməyə nail olub. Onlar tamamilə fərqli iki ikiölçülü material – qrafen və kvars şüşəsini kimyəvi yolla inteqrasiya edərək unikal bir 2D hibrid material yaradıblar. Bu yeni materiala “glafen” adı verilib.

Tədqiqatın aparıcı müəllifi, Rays Universitetinin aspirantı Satvik Ayenqarın sözlərinə görə, bu yeni struktur adi çoxqatlı birləşmədən fərqlənir. Burada real kimyəvi birləşmə baş verir və nəticədə ayrı-ayrı komponentlərdə mövcud olmayan unikal elektron rabitələr və titrəyişlər yaranır.

Qlafenin yaradılması üçün həm silikon, həm də karbonu özündə birləşdirən iki komponentli prekursorun reaksiyasına əsaslanan xüsusi texnologiyadan istifadə olunub. Proses iki mərhələdə aparılıb: əvvəlcə qrafen örtüyü yetişdirilib, daha sonra onun üzərində nazik silikon təbəqəsi formalaşdırılıb. Bu zaman oksigen səviyyəsinə və temperatur rejiminə dəqiq nəzarət olunub. Proses üçün lazım olan aşağı temperatur və aşağı təzyiqli xüsusi aparat isə Hindistanın Banaras Hindu Universitetinin alimləri ilə birlikdə hazırlanıb.

Raman spektroskopiyası ilə aparılan analizlər göstərib ki, yeni materialda nə təmiz qrafendə, nə də silikonda mövcud olmayan qeyri-adi atom titrəyişləri müşahidə olunur. Bu isə güclü qatlararası bağların və yeni elektron davranışın mövcudluğuna dəlalət edir. Tədqiqatçılar müəyyən ediblər ki, bu struktur yarımkeçirici materialların yeni aralıq bir tipini formalaşdırır və bu da ona xüsusi fiziki xüsusiyyətlər verir.

Beləliklə, əldə olunmuş nəticələr müəyyən xüsusiyyətlərə malik kompozit materialların yaradılması üçün yeni yanaşmanın böyük potensiala malik olduğunu sübut edir. Gözlənilir ki, bu cür materiallar XXI əsrin innovativ texnologiyalarında geniş tətbiq sahəsi tapacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri