Icma.az
close
up
RU
Gələn aydan 30 manat: Yeni rüsum narazılıq yaratdı

Gələn aydan 30 manat: Yeni rüsum narazılıq yaratdı

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 25-dən “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər qüvvəyə minəcək. Yeni dəyişikliyə əsasən, ev, torpaq və ya obyektin icarəsi və istifadə hüququnun dövlət qeydiyyatı üçün verilən çıxarışa görə 30 manat dövlət rüsumu ödəniləcək. Eyni zamanda böyük şirkətlərin birləşməsi - təmərküzləşmə ilə bağlı verilən ərizələrin araşdırılmasına görə də yeni rüsum qaydaları tətbiq olunacaq.

Bəs yeniliklər vətəndaşlara, sahibkarlara və dövlət xidmətlərindən istifadə edən şəxslərə necə təsir edəcək? Bu dəyişiklik əlavə xərcə səbəb olacaqmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, ilk baxışdan 30 manat böyük məbləğ kimi görünməsə də, bu qərarı ölkədəki mövcud sosial-iqtisadi vəziyyətdən kənarda qiymətləndirmək olmaz:

“Azərbaycanda sahibkar onsuz da çoxsaylı maliyyə öhdəlikləri ilə üzləşir. Vergilər, sosial sığorta ödənişləri, kommunal xərclər, icarə haqları, bank komissiyaları və digər inzibati ödənişlər biznesin maya dəyərini artırır. Bir neçə obyekt və ya torpaq sahəsi üzrə fəaliyyət göstərən sahibkar üçün 30 manatlıq rüsum təkrarlanan xərcə çevrilir. Vətəndaş üçün də bu, əlavə ödənişdir. Ailə büdcələri hazırda kifayət qədər həssasdır”.

İqtisadçı bildirib ki, bu gün ölkədə əhalinin istehlak xərclərinin strukturuna baxmaq kifayətdir ki, ailə büdcələrinin nə qədər həssas vəziyyətdə olduğunu görək. 

"Ərzaq xərclərinin ailə gəlirlərində yüksək paya malik olması ciddi sosial-iqtisadi problemdir. İqtisadiyyatda "Engel" qanununa görə, ailənin gəliri azaldıqca zəruri ərzaq xərclərinin ümumi büdcədəki xüsusi çəkisi yüksəlir. Bu göstəricinin yüksək olması əhalinin sərbəst gəlir imkanlarının məhdudluğundan xəbər verir”, - deyə müsahibimiz vurğulayıb.

Kommunal xərclər və kredit yükünə də toxunan A.İbrahimovun fikrincə, kommunal xərclərin artması da ailə büdcəsinə əlavə təzyiq yaradır:

"Dörd nəfərlik bir ailənin kommunal xidmətlərə görə illik xərclərinin əvvəlki illə müqayisədə 450-480 manat artması ehtimalı ailənin digər ehtiyacları üçün nəzərdə tutulan vəsaitin azalması deməkdir. Ümumi kredit portfelində istehlak kreditlərinin yüksək payı əhalinin cari istehlakını öz gəlirləri hesabına deyil, gələcək gəlirləri hesabına maliyyələşdirməyə məcbur qaldığını göstərir. Dövlət xidmətlərinin maliyyələşdirilməsi üçün rüsum mexanizmi ola bilər, lakin hər yeni ödənişin vətəndaşın büdcəsinə təsiri hesablanmalıdır.

Dövlət qurumları rəqəmsallaşmadan, elektron xidmətlərin genişləndirilməsindən danışırlar. Bəs bu islahatların nəticəsi niyə vətəndaş üçün daha əlçatan və daha ucuz xidmət formasında hiss olunmur? Hüquqların dövlət qeydiyyatı hüquqi təhlükəsizliyi təmin edən institusional xidmətdir. Bu xidmətin əlçatanlığı vətəndaş üçün əlavə maliyyə maneəsinə çevrilməməlidir”. 

Asif İbrahimov, iqtisadçı

İqtisadçı millət vəkillərinə də müraciət edərək bildirib:

“Hörmətli millət vəkilləri, hər dəfə cərimələri, rüsumları, qadağaları və məhdudiyyətləri tənzimləyən qanun layihələri hazırlayırsınız. Olmazmı ki, bir dəfə də vətəndaşın qazancını artıran, sahibkarın gəlirlərini genişləndirən qanunlar hazırlayasınız? Cərimə ödəmək üçün də, rüsum ödəmək üçün də vətəndaşın gəliri olmalıdır”. 

Son olaraq A.İbrahimov vurğulayıb ki, vətəndaşın cibindən çıxan hər əlavə manat iqtisadi dövriyyənin daralması deməkdir:

“Ailə büdcəsinə əlavə yük düşdükdə insan, ilk növbədə, zəruri olmayan xərclərini azaldır. Bu, sadəcə ailənin şəxsi qənaəti yox, iqtisadi dövriyyənin daralmasıdır. Restoranın müştərisi azalır, geyim mağazasının satışı aşağı düşür. Sahibkar daha az gəlir əldə edir, bəzən işçilərin sayını azaltmağa məcbur qalır”.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Noyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see380

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see321

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see310

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see248

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see242

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see241

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see239

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see237

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see221

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see218

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see213

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see211

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see211

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see208

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see206

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see206

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see196

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see195

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri