Icma.az
close
up
RU
Gələn həftə Trampla görüşə bilərəm Şeynbaum

Gələn həftə Trampla görüşə bilərəm Şeynbaum

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Meksika Prezidenti Klaudiya Şeynbaum gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşə bilər.

Axar.az xəbər verir ki, bu barədə Meksika lideri keçirdiyi mətbuat konfransında deyib.

O, bu görüşün gələn həftə Vaşinqtonda keçiriləcək 2026-cı il Dünya Kubokunun püşkatma mərasimində baş tuta biləcəyini bildirib.

Şeynbaum qeyd edib ki, ABŞ Prezidenti Tramp və Kanadanın Baş naziri Mark Karninin 5 dekabrda püşkatma mərasimində iştiraklarını təsdiqləməsini gözlədikdən sonra özü gedib-getməyəcəyi ilə bağlı qərar verəcək:

"Hələ qərar verilməyib. Mən yaxın vaxtlarda Prezident Trampla danışmamışam. Görüşün baş tutub-tutmayacağını görəcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Noyabr 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri