Gələn il bu müavinətlər artırılacaq
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova parlamentin üç komitəsinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzindədir və iqtisadi çətinliklər bu prosesə mane olmayıb.
Deputatın sözlərinə görə, əksinə, bütün növ pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin məbləği hər il artırılıb.
"Gözlənildiyi kimi, gələn il də dövlət büdcəsi sosial yönümlü olacaq", - deyə o bildirib.
Komitə sədri xüsusilə gələn il bir sıra birdəfəlik və aylıq sosial müavinətlərin, o cümlədən uşağın doğulmasına görə birdəfəlik müavinətin və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq müavinətlərin əsaslı şəkildə artırılmasının nəzərdə tutulduğunu vurğulayıb.
O, həmçinin bildirib ki, hər il olduğu kimi, 2027-ci ilin dövlət büdcəsində də məişət zorakılığına, insan alverinə və erkən nikaha məruz qalmış şəxslərə, sağlamlıq imkanları məhdud olan uşaqlara və onların ailə üzvlərinə dəstək göstərilməsi üçün vəsait ayrılıb.
H.Hüseynovanın sözlərinə görə, həmin vəsait bu şəxslərlə sosial, psixoloji və sosial-psixoloji işin təşkilinə, eləcə də bu qəbildən olan digər məsələlərin həllinə yönəldiləcək.
Deputat digər təkliflərin də zamanla reallaşacağına əminliyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 Noyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















