Icma.az
close
up
RU
“Gələn il daha yaxşı olmaq üçün bu oyunlar vacibdir”

“Gələn il daha yaxşı olmaq üçün bu oyunlar vacibdir”

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Stressli, maraqlı, sürətli oyun idi. Azarkeşlərimizin dəstəyi möhtəşəm idi. Onlara təşəkkür edirəm. Evdə udmaq istəyirdik. İstədiyimiz qələbə idi. Amma çətin oldu. Meydanda yaxşı mübarizə getdi. Növbəti matçlarda yüksək motivasiya ilə oynamalıyıq. Bizdən yuxarıda olan komandalara çata bilərik. Biz inanırdıq ki, “Şamaxı” istəyinə çatacaq. Az qalıb. Gələn il daha yaxşı olmaq üçün bu oyunlar vacibdir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Kəpəz” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Maykl Tuikə qırmızə vərəqə gördüyü üçün iradınız oldu? Komanda hücumçusuz qaldı…

– Bir hücumçi ilə çempionat oynamaq böyük riskdir. Xallar başqa cür olsaydı, bizim üçün çox çətin olardı. Hansısa taktiki dəyişiklik edə bilərik. Ola bilər ki, gənc futbolçu Elmar Məmmədova şans verək. Bəlkə də Tuiki əvəzləməyə gecikdik. Brahim Konate ilə Tuikin sarı vərəqəsi var idi. Nəsə fikirləşəcəyik.

– Digər komandalarda olan gənc futbolçularla maraqlanırsız?

– Bəli.

– Tovuz səfərində nəyə ümid edəcəksiz?

– “Turan Tovuz”un motivasiyası yüksəkdir. Evdə oynayırlar, 3-cü yer şansları var. Çox çətin oyun olacaq.”Turan Tovuz”la 3 matçın heç birində pis oynamamışıq. Meydanda kim olacaqsa, əlindən gələni edəcək. Futbolçularıma inanıram.

– Legionerlərlə yeni müqavilə barədə danışıqlar aparılır?

– Bir neçə futbolçumuzun müqaviləsi davam edir. Digər oyunçularla da danışıqlar aparırıq. Bəzi futbolçuların təklifləri var. Bizim də büdcəmiz bəllidir. Bizdən başqa hamının rəsmi də olmasa, dəstəyi var. Gənc futbolçularla danışırıq. Tək uğurumuz Premyer Liqada qalmaq deyil, gənclərə də şans vermişik. Onlara şans verərkən riski gözümüzün qabağına gətiririk.

– I Liqanın “İmişli” – “Qəbələ” matçını izlədiniz. Oyundan hansı təəssüratla ayrıldız?

– Çox oyunlara gedirəm. I Liqanın vacib matçı idi. Çox maraqlı oyun oldu. “Qəbələ”də gənc futbolçular var ki, onları iş başında görmək istəyirdim. Yaya qədər milli üçün seleksiyamız davam edəcək. 

– Sponsor olsaydı, “Şamaxı” avrokuboklar uğrunda mübarizə apara bilərdi?

– Sponsorun fikri önəmlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 20 Aprel 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri