Icma.az
close
up
RU
Gələn il əmək pensiyalarının orta aylıq məbləği 536,31 manat olacaq

Gələn il əmək pensiyalarının orta aylıq məbləği 536,31 manat olacaq

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 536,31 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.
Layihəyə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7210,53 mln. manatı əmək pensiyalarının və 198,41 mln. manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. 
Əhaliyə ödənişlərin 2025-ci il üçün nəzərdə tutulmuş proqnozu 2024-cü ilin təsdiqlənmiş proqnozuna nisbətən 702,36 mln. manat və ya 10,47 faiz çoxdur.
2025-ci il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,32 faizini təşkil edir.
2025-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi (cəmi 7210,53 mln. manat) 2024-cü ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,51 faiz və ya 685,53 mln. manat çox nəzərdə tutulub. 2025-ci il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi (1011*100/933,8=108,3 faiz) nəzərə alınıb.
Əmək pensiyalarının proqnozunun hesablanması zamanı 2024-cü ilin sonuna pensiyaların aylıq məbləğinin 548,8 mln. manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq dəyişkənlik dinamikası nəzərə alınaraq, 2025-ci ildə pensiya xərclərinin 7210,53 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.
2025-ci ildə əmək pensiyaların indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 535,0 mln. manatadək olması gözlənilir.
Əmək pensiyalarının orta aylıq məbləğinin 2019-cu ilin sonuna 263,59 manat, 2020-ci ilin sonuna 302,24 manat, 2021-ci ilin sonuna 331,75 manat, 2022-ci ilin sonuna 372,13 manat, 2023-cü ilin sonuna 441,30 manat, 2024-cü ilin sonuna 491,30 manat təşkil edəcəyi gözlənilir, 2025-ci ildə isə bu göstəricinin 536,31 manat təşkil edəcəyi proqnozlaşdırılır.
 

Pensiyaların orta aylıq məbləği 2021-ci ildə 2020-ci illə müqayisədə 9,76 faiz artıb, 2022-ci ildə 2021-ci illə müqayisədə 12,17 faiz və 2023-cü ildə 2022-ci illə müqayisədə 18,59 faiz yüksək olub. 


2024-cü ilin sonuna gözlənilən məbləğin isə 2023-cü ilin müvafiq göstəricisindən 11,33 faiz yüksək olacağı gözlənilməklə, 2025-ci il üzrə müvafiq göstəricinin də 2024-cü ilin sonuna gözlənilən göstəricini 9,16 faiz üstələyəcəyi proqnozlaşdırılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see230

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see200

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see155

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see150

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see148

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see138

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see136

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see134

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see133

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see131

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see128

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see127

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see127

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see126

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see125

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see125

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see124

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see118

DTX tərəfindən saxlanılan “Abu Malik”in Fotosu

21 İyul 2025 16:06see118

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri