Icma.az
close
up
RU
Azər Maqsudovla bağlı istintaq bitdi, barışıq yoxdur “250 min istəyirlər, mən isə...” Video

Azər Maqsudovla bağlı istintaq bitdi, barışıq yoxdur “250 min istəyirlər, mən isə...” Video

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda türkoloq alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirli bilinən tanınmış həkim, baş toksikoloq Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədriyi ilə keçirilən prosesdə hadisə ilə bağlı rəy verən Ədliyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyevin ifadəsi dinlənilib.

Ekspertlər hadisə ilə bağlı rəylərində hər hansı bir ziddiyyətin olmadığını bildiriblər. Daha sonra prosesdə təqsirləndirilən Azər Maqsudov ona qarşı qaldırılan mülki iddiaya münasibət bildirərək, vurğulayıb ki, o, daha əvvəl mərhumun böyük qardaşı ilə danışıb ortaq məxrəcə gəldiklərini, sonradan isə həmin şəxsin həyat yoldaşının Türkiyədən zəng edərək razılaşmadıqlarını bildiriblər.

Azər Maqsudovun sözlərinə görə, A.Acaloğlunun yaxınları ondan Bakıda iki ədəd ikiotaqlı ev istəyiblər. Qarşı tərəfin həkimə qarşı mülki iddiası 400 min manat olsa da, tərəflərin danışıqlarından sonra bu rəqəm 250 min manatadək endirilib. Buna baxmayaraq, A.Maqsudov zərərçəkən tərəfə yalnız 45 min manat ödəmək iqtidarında olduğunu bildirib.

Zərərçəkən tərəfin vəkilləri əlavə ediblər ki, qarşı tərəflə barışıq əldə olunmayıb. Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib. KTM-in şöbə müdiri həbsdə deyil, barəsində istintaq dövrü üçün başqa qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 06:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri