Icma.az
close
up
RU
Gələn il işsizlər üçün nəzərdə tutulan 17 milyon manat kimlərə veriləcək? Yeni Gündəm

Gələn il işsizlər üçün nəzərdə tutulan 17 milyon manat kimlərə veriləcək? Yeni Gündəm

Yenigundem saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də 17 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq.

Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O qeyd edib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub.

“Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir.

Bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir”

V.Bayramov həmçinin əlavə edib ki, müraciət edən şəxsin əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir.

“Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 02 Dekabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri