Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gələn il üçün yaşayış minimumu 300 manat olacaq. Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun 15 manat, yəni təxminən 5,26 faiz artırılması nəzərdə tutulur.

Yaşayış minimumu bir şəxsin gündəlik zəruri tələbatlarını - ərzaq, geyim, kommunal xidmətlər, səhiyyə, nəqliyyat və digər əsas xərcləri qarşılaya bilməsi üçün lazım olan maddi vəsaitin minimum həddini göstərir. Yaşayış minimumunun müəyyən edilməsi dövlətin sosial siyasətində mühüm rol oynayır. Çünki bu göstərici pensiyalar, sosial müavinətlər, minimum əməkhaqqı və digər sosial ödənişlərin hesablanmasında əsas baza kimi istifadə olunur. Dövlət bu göstəricini müəyyən etməklə əhalinin sosial müdafiə mexanizmlərini daha effektiv təşkil etməyə çalışır. Beləliklə, yaşayış minimumu həm sosial ədalətin təmin olunmasına, həm də aztəminatlı təbəqələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Yaşayış minimumunun artım tempi

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hesab edir ki, yaşayış minimumu insanın yaşaması, sağlamlığı üçün lazım olan ərzaq, qeyri-ərzaq istehlak mallarının, xidmətlərin və kommunal ödənişlərin cəmini özündə ehtiva edən bir normadır. Bunun əsasında minimum istehlak səbəti formalaşır. Yaşayış minimumunun artım tempi və ya azalması dövlətin sosial-iqtisadi inkişafı ilə bağlıdır. Gələn il yaşayış minimumunun artması, eyni zamanda ehtiyac meyarının da artmasını şərtləndirib: "Ehtiyac meyarının artırılması isə aztəminatlı insanların, xüsusilə ünvanlı sosial yardım alan insanların sosial müdafiəsinin yaxşılaşmasına kömək edəcək. Yaşayış minimumu və ehtiyac meyarının artırılması dövlətdən ünvanlı yardım alan şəxslərin həm kateqoriyasının genişlənməsinə, həm də adambaşına ailədən düşən dövlət yardımının artmasına gətirib çıxaracaq".

Yaşayış minimumunun əhali üçün əhəmiyyəti

İqtisadçı ekspert Razi Abbasbəylinin sözlərinə görə, yaşayış minimumunun hesablanması bir neçə kriteriya əsasında aparılır. Buraya adətən ərzaq səbəti - insanın sağlam yaşamı üçün tələb olunan kalori və qidalanma tələbləri, qeyri-ərzaq məhsulları - geyim, məişət əşyaları və xidmətlər - nəqliyyat, kommunal xərclər, təhsil və s. daxildir. Bu hesablamalar ölkənin iqtisadi vəziyyəti, inflyasiya səviyyəsi və bölgələr üzrə qiymət fərqlilikləri nəzərə alınmaqla hazırlanır. Bütün bu amillər yaşayış minimumunun daim yenilənməsini zəruri edir: "Yaşayış minimumunun əhali üçün əhəmiyyəti böyükdür. Çünki bu göstərici insanların maddi rifahının real vəziyyətini əks etdirir. Əgər minimum əməkhaqqı və sosial ödənişlər yaşayış minimumundan aşağı olarsa, bu, əhalinin sosial vəziyyətinin ağırlaşmasına, yoxsulluğun artmasına və həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Bunun əksinə olaraq, yaşayış minimumunun artırılması və ona uyğun sosial siyasətin qurulması əhalinin rifahının yüksəlməsinə şərait yaradır. Nəticə etibarilə, yaşayış minimumu sosial siyasətin əsas göstəricilərindən biri olmaqla, dövlətin iqtisadi və sosial prioritetlərini müəyyən etməsinə kömək edir. Bu anlayışın düzgün hesablanması və davamlı olaraq yenilənməsi cəmiyyətin sosial müdafiəsinin gücləndirilməsi və insanların layiqli həyat səviyyəsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir".

Hər bir vətəndaşın gündəlik istehlak xərcləri - 10 manat

Razi Abbasbəyli bildirib ki, yaşayış minimumunun təyin edilməsi vətəndaşın bir aylıq istehlak tələbatının ödənilməsi üçün tələb olunan məbləğin müəyyən olunması deməkdir: "Düzdür, 15 manatlıq artım böyük olmasa da, bütün hallarda vətəndaşların aylıq gəlirlərinin bir günlük hissəsinin artması deməkdir. Təqvim ayının 30 gündən ibarət olduğunu nəzərə alsaq, nəticə etibarilə hər bir vətəndaşın gündəlik istehlak xərclərinin qarşılanması üçün orta hesabla 10 manat müəyyən edilib. Əmək pensiyalarının baza hissəsinin artırılması və yanvardan etibarən qanunvericiliyin tələblərinə uyğun olaraq identifikasiyasının həyata keçirilməsi nəticəsində həm pensiyanın baza hissəsində, həm də minimum pensiyanın məbləğində artım müşahidə olunur. Bütün bunlar dövlətin sosial siyasətinin müsbət xarakter daşıdığını göstərir".

Ölkədə bir insanın minimal yaşayışı üçün bu məbləğ tələb olunur

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yaşayış minimumunun məqsədi hökumətin sosial siyasətində minimal həddi müəyyənləşdirməkdir. Hökumət bunu üç kateqoriyaya bölüb və yaşayış minimumu haqqında qanunda təsbit edib: "Ölkədə bir insanın minimal yaşayışı üçün bu məbləğ tələb olunur və bu rəqəm sosial yardımın hesablanmasında əsas götürülür. Yəni əgər ailənin və ya fərdin gəliri bu həddən aşağıdırsa, dövlət həmin fərqi kompensasiya edir. Məsələn, 4 nəfərlik bir ailənin minimal aylıq gəliri 1200 manat olmalıdır. Hesablamada bu rəqəm aşağı çıxarsa, dövlət fərqi ödəyir. Məsələn, ailənin gəliri 1000 manatdırsa, 4 nəfərə görə 300 manat dövlət tərəfindən verilir. Keçən il bu rəqəm 265 manat idi, bu il isə 300 manata qaldırılıb. Minimum istehlak səbəti isə üç hissədən ibarətdir: ərzaq məhsulları, qeyri-ərzaq məhsulları və xidmətlər. Bu komponentlərin hər biri üçün minimal istehlak normaları mövcuddur. Yəni bir insanın normal qidalanması, sağlam yaşaması və fiziki balansını qoruması üçün müəyyən illik normativlər müəyyən edilib - məsələn, ildə nə qədər yumurta, nə qədər ət və digər məhsullar istehlak etməli olduğu kimi. Bu məhsulların orta qiymətləri hesablanır, normativlərlə vurulur və nəticədə yaşayış minimumu müəyyən edilir. 15 manatlıq artımın real yaşayış səviyyəsini yüksəldib-yüksəltməyəcəyinə gəlincə, bəli, kifayət edəcək. Nazirlər Kabineti hesablayıb ki, bu məbləğ yetərlidir".

Praktikada hər şey başqa qanun və qaydalarla tənzimlənir

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, yaşayış minimumu sosial müavinətlərin təyinatında önəmli rol oynayır: "Yaşayış minimumun 300 manat olması o deməkdir ki, ölkəmizdə iş qabiliyyətli insanların aylıq minimum xərcləri bu qədərdir. Ən əsası sosial müavinətlər, hansısa yardımlar və minimum əmək haqqı, minimum pensiya hesablanarkən bu göstərici nəzərə alınacaq. Nəzəri olaraq bunlar bir-birinə bağlı olan məsələlərdir. Lakin praktikada hər şey başqa qanun və qaydalarla tənzimlənir. Məsələn, minimum əmək haqqı və yaxud minimum pensiya nə qədər artacaqsa, bunlar artıq ayrı qərarla tənzimlənəcək. Amma yaşayış minimumu sosial müavinətlərin təyinatında istinad edilə biləcək bir məsələdir".

İqtisadçının sözlərinə görə, əsas məqsəd ondan ibarətdir ki, dövlət tərəfindən ödənilən vəsaitlər yaşayış minimumundan aşağı olmasın: "Yəni bu göstəricilər müəyyən sosial standart kimi qəbul edilir və ödənişlər həmin standarta uyğun qaydada tənzimlənir. Buna görə də yaşayış minimumu və ehtiyac meyarının artırılması, gələn ilin dövlət büdcəsində nəzərdə tutulmuş bəzi sosial ödənişlərin artmasına da zəmin yaradacaq. Bununla belə, maaş və pensiyaların artımına birbaşa təsir göstərməsə də, dolayı yolla sosial müavinətlərin artmasına təsiri olacaq".

Yaşayış minimumu yalnız iqtisadi göstərici deyil, həm də ölkədə sosial rifahın səviyyəsini müəyyən edən mühüm sosial meyardır. Bu göstəricinin düzgün hesablanması dövlətin sosial siyasətinin effektivliyi üçün əsas şərtdir. Yaşayış minimumu real bazar qiymətlərinə uyğun olmalıdır ki, əhalinin gündəlik tələbatlarının ödənməsi üçün tələb olunan minimum vəsaiti dəqiq əks etdirsin.

Təcrübə göstərir ki, yaşayış minimumunun artırılması əhalinin alıcılıq qabiliyyətinə, sosial təminat sisteminə və minimum əməkhaqqının müəyyən edilməsinə birbaşa təsir edir. Əgər yaşayış minimumu mövcud iqtisadi vəziyyətə adekvat təyin olunmazsa, sosial ödənişlər real ehtiyacları qarşılamaq gücündə olmur və bu, aztəminatlı təbəqənin yaşayış səviyyəsində problemlər yaradır.

Hazırda bir çox ölkələrdə yaşayış minimumu yalnız ərzaq səbətinə əsaslanmır, həm də sosial-mədəni tələbatların ödənilməsini özündə ehtiva edir. Bu yanaşma insanların minimum həyat standardı ilə deyil, layiqli yaşayış səviyyəsi ilə təmin olunmasına yönəlib. Buna görə də yaşayış minimumunun müəyyənləşdirilməsi mütəmadi olaraq yenilənməli və inflyasiya səviyyəsinə uyğunlaşdırılmalıdır.

Bir çox xərclərin həcminin hesablanmasında ehtiyac meyarı bir alət kimi istifadə olunur

İqtisadçı ekspertin dediyinə görə, hər dəfə büdcə layihəsi çərçivəsində növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarına yenidən baxılması təbiidir: "Cari illə müqayisədə gələn ildə bu göstəricinin 5,3 faiz artımı mövcud olan infilyasiyanın yaratdığı əlavə xərclərin bir hissəsinin bu yolla kompensasiya edilməsi anlamına gəlməlidir. Bu göstəricinin məbləğinin artırılması büdcədən maliyyələşən digər müvafiq sosial xərclərin də həcminin artmasına gətirib çıxarır. Çünki bir çox belə xərclərin həcminin hesablanmasında ehtiyac meyarı bir alət kimi istifadə olunur".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri