Icma.az
close
up
RU
Gələn ildən bu xidmət də bahalaşır... 20 faiz civarında

Gələn ildən bu xidmət də bahalaşır... 20 faiz civarında

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin gələn il bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə maraq doğurur. Qonşu ölkələrdə artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyi ehtimalını gücləndirir. Bəs 2026-cı ildə internet tariflərinin artırılması gündəmə gələ bilərmi?

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, internet tariflərinin bahalaşması təkcə Azərbaycanla bağlı məsələ deyil.

Onun sözlərinə görə, dünyada baş verən qlobal maliyyə prosesləri və inflyasiya bütün sahələrdə xərclərin artmasına səbəb olur: “Zaman keçdikcə məhsulların, xidmətlərin, logistika xərclərinin, eləcə də işçilərin əməkhaqlarının artması operatorların ümumi xərclərinə təsir göstərir. Bu da tariflərin yüksəlməsi ilə nəticələnir”.

V.Oruc qeyd edib ki, 2025-ci ildə bir sıra qonşu ölkələrdə internet tariflərində 10–40 faiz aralığında artımlar qeydə alınıb:“Ən ciddi artım qardaş Türkiyədə müşahidə olunub. Son iki ildə bu ölkədə internet tarifləri təqribən 40 faiz bahalaşıb. Rusiya, Ermənistan və Gürcüstanda isə qiymət artımı 10–20 faiz civarında olub. Bu proses təbii hesab edilir”.

Ekspertin sözlərinə görə, əvvəlki illərdə də bəzi provayderlər qiymət artımına gediblər:

“İnternet paketləri 18 manatdan 25 manata, 25 manatdan isə 30 manata qaldırılıb ki, bu da 30–40 faizlik artım deməkdir”.

Vüqar Oruc 2026-cı ildə də internet tariflərində artım ehtimalının olduğunu bildirib. Onun fikrincə, ötən il ciddi bahalaşma baş verdiyi üçün növbəti ildə kəskin artım gözlənilmir:

“Ehtimal edirəm ki, artım təqribən 20 faiz civarında ola bilər. Məsələn, 25 manatlıq paketlərin 30 manata, 30 manatlıq paketlərin isə 35 manata yüksəldilməsi mümkündür”. /Konkret.az

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri