Gələn ildən Qaçqınkom fəaliyyətini dayandıracaq? Rəsmi
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kütləvi informasiya vasitələrində növbəti ildən "Qaçqınkom"a maliyyə vəsaitinin ayrılmayacağı ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlar komitənin taleyi ilə bağlı bəzi iddialar ortaya çıxarıb. Belə ki, komitənin fəaliyyətinin dayandırılacağı, məhz buna görə də sözügedən komitə üçün maliyyə yardımının artıq nəzərdə tutulmadığı düşünülür.
Ölkə.Az xəbər verir ki, iddia ilə bağlı Manset.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb. Komitədən verilən cavabda bildirilib:
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət təsisatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər ilin sonu imzaladığı Fərmanla növbəti il üçün dövlət büdcəsindən komitəyə ayrılan vəsaitin miqdarı və istiqamətləri müəyyən edilir".
Baxış sayı:19
Bu xəbər 06 Noyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















