Gələn ilin dövlət büdcəsinin xərcləri artırılır
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“2025-ci ilin dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat təklif edilib”.
Avtosfer.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, büdcə layihəsi hazırlanarkən milli prioritetlərin həyata keçirilməsi rəhbər tutulub:
“Bu, 2024-cü ilin dövlət büdcəsi xərcləri ilə müqayisədə 12,5 % çoxdur. 2025-ci ilin dövlət büdcəsinin xərcləri 13946 milyon manat, və yaxud 1,5 dəfə artıb. Azad edilmiş ərazilərə Böyük Qayıdışın təmini kimi ümdə çağırışlar da nəzərə alınıb”.
Baxış sayı:87
Bu xəbər 18 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















