Gələn ilin Şəhərsalma və Memarlıq İli elan edilməsi urbanizasiyanı ictimai gündəmin mərkəzinə gətirəcək
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsi urbanizasiya mövzusunun ictimai gündəmin mərkəzinə gətirilməsi baxımından əlamətdar hadisədir.
Bunu "Report"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
Onun sözlərinə görə, bu qərar şəhərlərin formalaşdırılmasına təkcə dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin diqqətinin yönəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir:
"Son illər Azərbaycanda şəhərsalma sahəsində regional və qlobal miqyasda təcrübələr formalaşıb. Şəhər mühitinin müasir şəkildə yenidən təşkil edilməsi içərişəhər ərazisinin bərpası və mühafizəsi, sahilyanı zonaların ictimai istifadə üçün açılması, piyada məkanlarının genişləndirilməsinə zəmin yaradıb. Bu yanaşma Bakı şəhərinin estetik görünüşü ilə yanaşı, sosial funksionallığını da gücləndirib".
Ü.Zülfiqar onu da qeyd edib ki, regionlarda həyata keçirilən şəhərsalma layihələri də sözügedən standartlara uyğunlaşdırılıb:
"Mərkəzi meydanların yenidən qurulması, park və istirahət zonalarının salınması, inzibati və sosial binaların vahid plan üzrə inşa edilməsi regionlarda urbanizasiya modelinin tətbiqinin uğurlu nəticəsidir. Ən diqqətçəkən təcrübələrdən biri isə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan yeni şəhərsalma modelidir. Qarabağ və Şərqi Zəngəzurda planlaşdırma prosesi müasir texnologiyalar, ekoloji balans və uzunmüddətli dayanıqlıq prinsipləri üzərində qurulub".
Siyasi şərhçi əlavə edib ki, "Ağıllı şəhər" və "ağıllı kənd" yanaşmaları enerji səmərəliliyi, nəqliyyatın optimallaşdırılması və rəqəmsal idarəetmə baxımından ölkənin urbanizasiya siyasətində keyfiyyətcə yeni mərhələ açıb:
"Bu təcrübə Azərbaycanın şəhərsalma sahəsində yalnız regional deyil, beynəlxalq səviyyədə də maraq doğuran model təqdim etdiyini göstərir. Gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu isə urbanizasiya ilə bağlı təcrübələrin dünya miqyasında paylaşılması, həmçinin qarşılıqlı müzakirələr üçün mühüm imkandır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 26 Dekabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















