Icma.az
close
up
RU
“Gəlin, amma uşaqsız” Toylarda yeni qadağa sürətlə artır

“Gəlin, amma uşaqsız” Toylarda yeni qadağa sürətlə artır

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar bir çox toy dəvətnaməsində “uşaq gətirməyin” qeydi yazılır.

Cütlüklər deyir ki, uşaqlar səs-küydə narahat olur, valideynlər də toy boyu rahat ola bilmirlər. Bəziləri isə hesab edir ki, uşağın toy kimi izdihamlı yerə aparılması ümumiyyətlə düzgün deyil.

Amma bu məsələnin həm psixoloji, həm də sosial tərəfi var.

Uşaqların toylara aparılması sosial baxımdan doğrudurmu ? Bu, uşağın emosional rahatlığına və valideynin davranışına necə təsir edir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan sosioloq Naib Niftəliyev bildirib ki, belə qadağalar çox da məqsədəuyğun deyil:

“Uşaqları toya gətirməmək bəzi şəxslərin narahatlığını və yaşadığı problemləri başa düşmək baxımından anlaşılan ola bilər. Uşaqların dəcəlliyi və hansısa bir hərəkətlə və ya əşyalara bilərəkdən və ya bilməyərəkdən zərər vurması bəzi şəxsləri qıcıqlandırır və onları narahat edir. Bu baxımdan vəziyyət anlaşılan və başa düşüləndir.

Amma digər tərəfdən, bunun dəvətnamələrdə ifadə olunması və belə qeydlərin sayının artması heç də arzuolunan və xoşa gələn deyil. Çünki valideynlər toya ailəvi şəkildə qatılırsa, uşaqların da orada iştirakı qaçılmazdır, mütləqdir. Bu mənada belə qeydləri yazmaq əvəzinə, real vəziyyət nəzərə alınmalı və uşaqların da toyda komfort hiss etməsi üçün müəyyən şərait yaradılmalıdır. Yaşından asılı olaraq uşaqlar müxtəlif kateqoriyalara bölünə bilər.

Məsələn, kiçik yaşlı uşağı evdə qoyub valideynin tək toya gəlməsi doğru deyil. Eyni zamanda uşaqları diqqətsiz qoyub toya gəlmək də məqsədəuyğun deyil. Uşaq valideynlərinin və böyüklərinin qayğısını hiss etməlidir və belə yanaşma həm emosional, həm psixoloji baxımdan narahatlıq yaradır. Hər hansı şəxsə “özün gəl, uşağını toya gətirmə” demək, əslində onun toya gəlməməsi anlamına gəlir. Yəni “gəlirsənsə gəl, amma uşağını gətirmə” kimi ifadə insanı dəvətnamədən yayındırır və toydan qovmaq mənasına gəlir. Bu isə psixoloji baxımdan düzgün yanaşma deyil və toy sahibinin kobud davranışı qonaqların bir qismini toydan uzaqlaşdıra bilər.

Əgər bizim özümüzə və ya çevrəmizdə belə bir dəvətnamə gəlsə, “uşaqları gətirməyin” çağırışına reaksiyamız təbii ki, müsbət olmayacaq. Belə halda toy sahibi qonaqlardan, xüsusilə valideynlərdən yalnız birini – əsasən kişiləri – toya dəvət etmiş olur. Uşaqlar evdə qalırsa, anaları və ya yaxın qohumlardan biri – məsələn, nənə, baba və ya başqa bir ailə üzvü – uşağa nəzarət etməli olur. Belə vəziyyətdə artıq toyun ailəvi, qaydalı şəkildə keçirilməsi pozulur.

Bu halda vəziyyət heç də gözlənildiyi kimi alınmır. Belə bir vəziyyət yaranır ki, bəzi valideynlərin yetkin yaşlı uşaqlarının toyda iştirakı heç bir problem yaratmır. Kiçik yaşlı uşaqlarla bağlı müəyyən anlaşılmazlıqlar ola bilər. Yaş həddi, müəyyən hiperaktivlik və uşaq davranışı ilə bağlı bəzi incəliklər toyda kiçik anlaşılmazlıqlar yarada bilər.”

Sosioloqun sözlərinə görə toylarda bu məsələ ilə bağlı ciddi problem yaşanmır:

“Uşaqların iştirakı böyük bir problemə və narahatlığa səbəb olmamalıdır və əslində də olmur. Toylarda bu məsələ ilə bağlı ciddi problem yaşanmır və kiminsə bunu problemə çevirməsi şəxsi yanaşmadan irəli gəlir. Ona görə də dəvətnamələri “ailəliklə deyil, tək gəlmək” tərzində yazmaq məqsədəuyğun deyil.

Adətən valideynlər uşaqlarını nadir hallarda toya aparırlar. Bu, əsasən yaxınların, doğmaların, qohumların toylarında iştirakla bağlı olur. Amma dəvətnaməni bu tərzdə yazmaq etik qaydaların pozulmasıdır.

Düşünürəm ki, toy sahibi kimisə dəvət etmək istəmirsə, həmin şəxsə dəvətnamə göndərməməlidir. Əgər belə bir problemi varsa, hər kəs öz tanıdığı şəxsi toya dəvət etdiyi üçün açıq şəkildə bildirməlidir. Əgər o, uşaqlı şəxslərin toyda iştirakını arzulamırsa, bunu açıq deməlidir. Yox, əgər adamın özünü dəvət edib, uşaqlarını toya buraxmırsa, bu kobud və qeyri-ciddi yanaşmadır.”

Gülxanım Əliyeva

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri