Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

“Gəlin əvvəl rüşvət verənləri dindirək, görək necə kənarda qalıblar?”

“Gəlin əvvəl rüşvət verənləri dindirək, görək necə kənarda qalıblar?”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və digər iki zabitin məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda əvvəlcə vəsatət qaldırılıb.

Vəsatətlərdən biri təqsirləndirilən zabitin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında oturmasına icazə verilməsi ilə bağlıdır. 

R.Şükürovun vəkili Ceyhun Yusifovun sözlərinə görə, müvəkkili ciddi əməliyyat keçirib. Bu səbəbdən eşitmə qabiliyyəti zəifləyib. Ən əsası isə şəxsin səmərəli hüquqi yardım almaq hüququ var.

Vəsatət əsaslı hesab edilib. Təqsirləndirilən şəxs şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşib.

İclasın davamında prokuror ittiham aktını elan edib. Ramin Şükürov və digərləri bir neçə çağırışçını rüşvət müqabilində xidmətdən yayındırmaqda təqsirləndirilib. Xidmətdən yayındırılan çağırışçılardan birinin heç bir xəstəliyi olmayıb, başqa bir çağırışçı isə rüşvət müqabilində cüzi skalyoz xəstəliyinə görə “neqodnı” bileti alıb.

İstintaq materiallarından görünür ki, Ramin Şükürova daha əvvəl işlədiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsindəki qanun pozuntusuna görə də ittiham verilib.

Fotoda: Ramin Şükürov

Xəzər Rayon İdarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğluna qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Təqsirləndirilən şəxslər üçü də özünü təqsirli bilməyib.

Məhkəmə istintaqının aparılması qaydası müəyyən edilərkən məlum olub ki, sabiq idarə rəisi Ramin Şükürov ev dustaqlığında mühakimə edilən digər iki müttəhimin ifadələri əsasında həbs edilib. Bundan başqa, rüşvət verən şəxslər barəsində də cinayət işi başlanılıb. Vəkillər əvvəlcə həmin şahidlərin dindirilməsini təklif edib.

“Bu ittiham iki müttəhimin üçüncüyə qarşı ifadələri əsasında tərtib olunub. Amma indi bunlar heç biri özlərini təqsirli bilmir. Onları dindirmədən işin araşdırılmasına başlamaq qaranlıqda işıq axtarmaq kimidir. Rüşvət verənlər yoxdur, alanlar var. Gəlin əvvəl rüşvət verənləri dindirək, görək bu vaxta kimi onlar necə kənarda qalıblar?”, - vəkillər deyiblər.

Fikrət Əliyevin sədrlik etdiyi məhkəmə tərkibi bu dəfə də vəkillərlə razılaşıb. Şahidlərin iştirakını təmin etmək üçün proses sentyabrın 1-nə kimi təxirə salınıb.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see312

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see207

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see182

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see150

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see138

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see137

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see131

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see128

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see127

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see126

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see126

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see125

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see125

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see124

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see122

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see122

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see122

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see122

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri