“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İmkan daxilində yeni ailələrin ayrı yaşaması daha yaxşı olar. Belə olduqda, həyatın qədrini daha yaxşı bilərlər, bir az da çətinliklərə alışarlar. Yoxsa evdə valideynlər olanda istər-istəməz dəstək olurlar".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar mədəniyyət işçisi, aşıq Zülfiyyə İbadova “Qonaqcanlı” verilişində deyib. O, gəlinlərin gəldikləri ailəyə uyğunlaşmalı olduğunu bildirib:
"Gəlinim 5 il bizimlə bir yerdə yaşadı. Çünki bizim ailənin də özünəməxsus qaydaları var idi. Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı. Bizdə vəziyyət bu cürdürsə, gəlin də istər-istəməz buna alışmalıdır. Gəldiyi mühitə, yerə uyğunlaşmalıdır.
Gəlinimdən çox razıyam. Həmişə də deyirəm ki, Allah bütün ailələrə mənim gəlinim kimi birini qismət etsin”.
Qeyd edək ki, sənətçinin övladı Babəkin bu evlilikdən 2 övladı var.
Baxış sayı:172
Bu xəbər 12 Oktyabr 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















