Icma.az
close
up
RU
Gəlininə qumbara atan qayınataya 15 il yarım həbs!

Gəlininə qumbara atan qayınataya 15 il yarım həbs!

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Goranboyda gəlininə qumbara atan 68 yaşlı qayınatanın məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırmanın sonunda Zakir Namazova verilmiş ittiham təsdiqini tapıb.

İttihamda yazır ki, ahıl qayınata uzun müddət davam edən ailə-məişət münaqişəsinin sonunda gəlinini öldürmək qərarına gəlib. O bu məqsədini reallaşdırmaq üçün həyətdə ot tayasının arasında gizlətdiyi F-1 tipli əl qumbarasından istifadə edib. Belə ki, həyat yoldaşı və azyaşlı nəvəsinin gözləri qarşısında qumbaranın qoruyucusunu çəkərək gəlininin üstünə atıb. Partlayış nəticəsində 39 yaşlı V.A. ağır xəsarət alıb.

Zakir Namazov polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. Lakin ittihamlara münasibətdə özünü təqsirli bilməyib.

Zakir Namazovun sözlərinə görə, uzun müddət gəlininin hərəkətlərindən narahat olub. Hətta həyat yoldaşı ilə danışığında onu oğlundan ayıraraq evdən qovacağını söyləyib. O, gəlini ilə münasibətinin ürəkaçan olmadığını etiraf etsə də, ona qumbara atmadığını deyib. Bildirib ki, V.A. bir müddət sonra 3 azyaşlı uşağını da qoyub evdən qaçıb.

“Oğlum ikinci qrup əlildir. Bəzi məsələlərdən sonradan xəbəri olub. Həyat yoldaşı evdən qaçandan sonra rəsmi qaydada boşandılar. Uşaqlarını atdığına görə gəlindən aliment tutulması haqda qərar da var. Lakin alimenti ödəmədi. Qumbara məsələsinə gəlincə, belə bir şey olmayıb. Məndə qumbara olsaydı, elə onu xoşagəlməz hərəkətlər etdiyi 3 il ərzində öldürərdim”, - deyə Z. Namazov əlavə edib.

İş materiallarında başqa bir epizod isə təqsirləndirilən şəxsin daha əvvəl gəlinini zorlaması ilə bağlıdır. Hətta o bu münasibətin maneəsiz davam etməsi üçün öz arvadını da öldürməyi fikirləşib. Zərərçəkmiş kimi dindirilən gəlin də qayınatasının hədə-qorxusu ilə dəfələrlə onunla birlikdə olduğunu, hətta ona kəbinə daxil olmağı təklif etdiyini söyləyib. Gəlinin dediyinə görə, kəbin söhbətindən sonra dözə bilməyib, prokurorluğa şikayət edib.

Zakir Namazov isə gəlininin həmin sözlərinin böhtan olduğunu, onu şərləmək məqsədi daşıdığını bildirib: “Evdən qaçandan bir müddət sonra məndən xahiş etdilər ki, uşaqlarına görə onu bağışlayım. Düzdür, həmin vaxt artıq boşanma da olmuşdu. Buna baxmayaraq onu evə gətirdim. Amma uşaqları anaları ilə birlikdə yaşamağa etiraz etdilər. Məcbur qalıb onu həyətdəki vaqona yerləşdirdim. Sonradan da dedi ki, guya həmin vaqonda hədə-qorxu ilə onunla birlikdə olmuşam. Hətta prokurorluğa da şikayət etdi. Lakin yetərli sübutlar olmadığından cinayət işinin başlanmasından imtina edildi. Sonradan da qumbara hadisəsinə görə həbs olundum”.

Məhkəmə istintaqı vaxtı bütün ailə üzvləri, zərərçəkmiş şəxs və digər şahidlər ayrılıqda dindirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Namazova 15 il 6 ay həbs cəzası verilib.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri