Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Gəlir vergisi güzəştlərinin müddəti bitir: işçiləri nə gözləyir?

Gəlir vergisi güzəştlərinin müddəti bitir: işçiləri nə gözləyir?

Icma.az bildirir, 525.az portalına istinadən.

2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda gəlir vergisi üzrə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Bu, 2019-cu ildən qüvvədə olan yeddi illik güzəşt dövrünün sonu deməkdir. Hazırda əməkhaqqı 8000 manata qədər olan şəxslər gəlir vergisindən azaddır, yalnız 8000 manatdan yuxarı hissədən 14 faiz vergi tutulur. Əgər güzəşt müddəti uzadılmasa, 2026-cı ildən etibarən maaşın 2500 manatadək hissəsindən 14 faiz, 2500 manatdan yuxarı hissəsindən isə 25 faiz gəlir vergisi tutulması nəzərdə tutulur.

Bu yeddi illik güzəşt dövrü əmək bazarını stimullaşdırmaq və işçilərin əlində daha çox vəsait qalmasını təmin etmək məqsədi daşıyırdı. Lakin güzəşt müddəti uzadılmazsa, növbəti ildən işçilərin əməkhaqqı üzrə gəlir vergisi yükü hiss ediləcək dərəcədə artacaq.

Qeyd edək ki, 8000 manat əmək haqqı alan gəlir vergisindən azaddır. Həmçinin, minimum əmək haqqı üzrə 500-600 manat alan da gəlir vergisindən azaddır.

Güzəştlər bitsə, yük artacaq

İqtisadçı ekspert Razi Abasbəyli deyir ki, əməkhaqlarına tətbiq edilən vergi güzəştlərinin müddəti uzadılmasa, işçinin əlinə çatan məbləğ azalacaq. Bu zaman əmək bazarında narazılıqlar və təklif-tələb balansında pozuntular yaranacaq: "Vergi güzəştlərinin müddəti uzadılmasa, nəticədə dövlət gəlirləri artacaq, büdcə balanslı şəkildə qorunub saxlanılacaq. Büdcənin gəlir bazası möhkəmlənəcək, fiskal dayanıqlılıq təmin olunacaq. Ancaq güzəştlər ləğv olunsa, işçilər yeni vergi yükü ilə üz-üzə qalacaqlar. Əsasən istehsal sahələrində ciddi böhran yaranacaq. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri əmək haqqı artım tələbləri ilə üzləşə bilər. Bir sözlə, 2026-cı ildən etibarən gəlir vergisi üzrə gözlənilən dəyişikliklər həm işçilər, həm də işəgötürənlər üçün yeni reallıqlar yaradacaq. Hazırkı vergi güzəştlərinin sonu əmək bazarında balansın dəyişməsinə səbəb ola bilər. Lakin ümumi güzəştləri ləğv edib xüsusi investisiya, yaşıl iqtisadiyyat və ixrac dayanıqlılığını təmin edən istehsal sahələrinə xüsusi vergi güzəştləri tətbiq edilə bilər. Dövlət büdcəsinə daxilolmaların plan üzrə yerinə yetirilməsi şəraitində bu kimi güzəştlər həm işçinin sosial təminatı, həm də iş bazarının stabilliyi baxımından önəmlidir".

Əhalinin əmək haqqından yüksək gəlir vergisi tutulmamalıdır

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, dövlət büdcəsinin əsas hissəsi neft gəlirlərindən formalaşır. Belə olan halda əhalinin aldığı əmək haqqından yüksək gəlir vergisi tutulmamalıdır: "2026-cı il 1 yanvar tarixindən etibarən gəlir vergisinə tətbiq edilən güzəşt başa çatır. Fikrimcə, bu müddət qarşıdakı dövr üçün yenidən uzadılacaq. 2019-cu illə müqayisədə nominal gəlir artsa da, real gəlirlər, demək olar ki, artmayıb".

Ekspert hesab edir ki, 2000 manata qədər əmək haqqı alanlar gəlir vergisi ödəməməlidir. 2000 manatdan yuxarı əmək haqqı alanlar isə 5 faiz gəlir vergisi ödəməlidir. Bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməlidir: "Dörd min manatdan yuxarı əmək haqqı alanlar 10 faiz, 8000 manatdan artıq maaş alanlar isə 15 faiz vergi ödəməlidir. Belə bir qayda tətbiq edilərsə, daha ədalətli olar, sosial bərabərlik pozulmaz".

İşçi xərclərinin artması biznes üçün əlavə yük yarada bilər

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, gəlir vergisi üzrə tətbiq edilən güzəştlər daha 7 il uzadılacaq. Güzəştin ləğvi biznesin də işçilərin də üzərində böyük yük olar. Hətta üzadılmasa belə, o zaman köhnə sistemə, yəni hazırda dövlət sektorunda tətbiq edilən sistemə keçilməlidir: "İşçi xərclərinin artması biznes üçün əlavə yük yarada bilər. Bu isə istehsal olunan məhsulların qiymətinin bahalaşmasına gətirib çıxara bilər. Ölkədə gəlir vergisi üzrə tətbiq edilən güzəştlər əmək müqavilələrinin leqallaşmasına və şəffaflığın artmasına müsbət təsir göstərib. Əməkhaqlarını gizlətmək meyli xeyli azalıb. Güzəştlərin ləğvi qeylleqallaşmaların sayını artıra bilər. Qeyd edim ki, hazırda dövlət sektorunda çalışan işçilər əməkhaqqından 10 faiz Dövlət Sosial Müfadiə Fonduna ödənişlər edirlər. Bundan əlavə, əməkhaqqının 3 faizi sosial sığorta, 2 faizi icbari tibbi sığorta və 0.5 faizi işsizlik sığortası kimi tutulmalar da işçinin maaşından çıxılır. Əgər güzəştlər ləğv olunsa, o zaman özəl sektorda da bu sistemə keçilməlidir".

Daha aşağı vergi dərəcələri tətbiq edilməlidir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər tətbiq olunmalıdır ki, bu, yenidən kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmasın: "Güzəşt müddəti başa çatırsa, yeni vergi dərəcələri müəyyənləşdirilirsə, o zaman daha aşağı vergi dərəcələrinin tətbiq edilməsi və mərhələli şəkildə vergi dərəcələrinin artırılması həyata keçirilsin. Aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi özəl sektor üçün əlavə yük yaratmaya bilər. Yaxşı olardı ki, güzəşt müddətinin uzadılmasına baxılsın. Güzəştləri saxlamaq mümkün olmadığı halda, daha aşağı vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı".

Millət vəkili vurğulayıb ki, bəzi inkişaf etmiş ölkələrdə olduğu kimi, gəlir vergisi üzrə güzəştlərin istehlak göstəricilərinə əsaslanaraq tətbiq olunması da məqsədəuyğundur: "Yəni vətəndaş nə qədər çox rəsmi istehlak həyata keçirirsə və bu xərcləri plastik kart vasitəsilə rəsmiləşdirirsə, bir o qədər çox güzəşt əldə etməlidir. Məsələn, ABŞ-da inkişafı göstərən əsas indikatorlardan biri istehlak səviyyəsidir. Buna uyğun gəlir vergisi müəyyən edilir. İstehlak real sektor üçün əsas mənbədir. Sözügedən ölkədə bu nəzərə alınır. Bu səbəbdən gəlir vergisi daxil olmaqla, keyfiyyət meyarlarının tətbiqi həm də istehlakın stimullaşdırılmasına gətirib çıxara bilər".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Sentyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri