Gəmi döyüşü təlimləri
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Gəminin sualtı təxribat əleyhinə müdafiəsinin təşkili” və “Gəminin dayanacaqda davamlılıq uğrunda mübarizəsinin təşkili” mövzularında təlimlər keçirilib.
Məqsəd şəxsi heyətə gəminin sualtı diversiya əleyhinə müdafiəsinin düzgün təşkili yollarını öyrətmək, eləcə də gəminin dayanacaqda baş verə biləcək fövqəladə hallar zamanı davamlılıq uğrunda mübarizəyə hazırlıq səviyyəsini yoxlamaq olub.
Təlimlərdə, həmçinin gəminin dayanacaqda yanğına qarşı hazırlıq vəziyyəti, yaralılara ilkin tibbi yardımın göstərilməsi və onların ərazidən təxliyə olunması qaydaları praktiki olaraq məşq etdirilib. Qəza partiyasının davamlılıq uğrunda mübarizə fəaliyyəti, eləcə də gəmidə baş verə biləcək yanğınların növünə və yerinə uyğun tətbiq ediləcək mübarizə üsulları yerində göstərilərək yoxlanılıb.
Keçirilmiş təlimlər müvəffəqiyyətlə başa çatıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 07 Sentyabr 2025 07:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















