Çin ordusu “Sülh 2025” təlimləri üçün Pakistana iki gəmi göndərəcək
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çin Xalq Azadlıq Ordusu "Sülh - 2025” çoxtərəfli hərbi təlimlərində iştirak etmək üçün Pakistana iki gəmi göndərəcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarənin "WeChat” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib ki, Pakistan Silahlı Qüvvələrinin dəvətinə cavab olaraq Pekin fevralın birinci yarısında "Baotou” esminesini və "Qaoyuhu” gəmisini göndərəcək. Qarşıdakı manevrlərə dəniz təchizatı və piratlarla mübarizə kimi əməliyyatlar daxil olacaq.
Bundan əlavə, hava hücumundan müdafiə sahəsində axtarış-xilasetmə missiyaları və əlaqələndirilmiş hərəkətlərin təlimi planlaşdırılır. Qeyd olunur ki, tədbirlərin əsas məqsədi dəniz təhlükəsizliyinin birgə təmin edilməsi üzrə bacarıqların təkmilləşdirilməsidir.

Çin Pakistana gözəgörünməz qırıcılar verəcək
08 İyun 2025 18:24
Çin görünməz qırıcıları Pakistana verir
08 İyun 2025 22:21
Çin Pakistana bu dəstəyi verib İddia
18 May 2025 15:31
Çin Hindistan və Pakistana çağırış etdi
10 May 2025 15:19
Anadolu Ankası 2025 təlimləri başladı
13 May 2025 21:25

