Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik Video
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəminin kapitanı Rəcəb Əhədov və üçüncü kapitan Məhəmməd Əliyev növbə dəyişikliyi edərkən pilotsuz uçuş aparatı (PUA) ilə ilk zərbə endirilib.
Axar.az İTV-yə istinadla xəbər verir ki, bu barədə dron hücumu edilən gəmidən sağ çıxan azərbaycanlı danışıb.
“Gəmimiz hücuma məruz qaldı. Dron vasitəsilə ilk zərbə gəminin kapitanı Rəcəb Əhədov və üçüncü kapitan Məhəmməd Əliyev növbə dəyişərkən vuruldu. Biz nə qədər kömək etməyə çalışsaq da, buna nail ola bilmədik”, – deyə o bildirib.
Onun sözlərinə görə, bundan sonra gəminin mühərrik hissəsinə ardıcıl olaraq daha üç zərbə endirilib.
“Ardınca üç dəfə də gəminin mühərrik hissəsinə zərbə vuruldu. Onları heç cür xilas edə bilmədik. Orada qaldılar”, – hadisə şahidi qeyd edib.
Xatırladaq ki, iyunun 5-nə keçən gecə Azov dənizində azərbaycanlıların olduğu xarici gəmiyə dron hücumu olub. Hadisə zamanı 5 nəfər Azərbaycan vətəndaşı həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 05 İyun 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















