Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb.
Axar.az-ın Report-a istinadən məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev və səfirliyin əməkdaşı Pərviz Əsədovun müşayiəti ilə Azərbaycan vətəndaşları Lətifova Gülana, Nəsrullayev Tofiq, Səmədov Səbuhi, İsmayılov İsmayıl, Əliyev Ayon, Rəhimov Cavid, Rəhimov Mehman, Axundov İsmayıl, Əliyev Qurban və Abasov Valeh iyulun 15-də Moldova vasitəsilə Azərbaycana yola salınıblar.
Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Kapitanın axtarışı davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 15 İyul 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















