Icma.az
close
up
RU
Gənc ailənin neçə yaşı olur? AÇIQLAMA

Gənc ailənin neçə yaşı olur? AÇIQLAMA

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Güzəştli şərtlərlə ipoteka krediti almağın yollarından biri də “gənc ailə” olmaqdır.

Amma bu məsələ özü ilə bərabərində bir çox suallar da gətirir.

Məsələn, gənc ailə kimə deyirlər? Ailə quranların bioloji yaşı bu məsələyə aid olurmu? Yəni 60 yaşında evlənən bir şəxs də gənc ailə hesab olunurmu?
Maraqlıdır, qanunvericiliklə gənc ailənin neçə yaşı olur? Burada yalnız ailə quranın yaşı nəzərə alınır, yoxsa?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, “gənc ailə” anlayışının hüquqi əsasları qanunla müəyyən olunub.

Onun sözlərinə görə, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü bəndinə əsasən gənc ailə dedikdə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur:

“Bu normaya əsasən, aşağıdakı hüquqi meyarlar müəyyən edilir:

Nikah tələbi: “gənc ailə” anlayışının yaranması üçün tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olmalıdır. Faktiki birlikdəyaşama bu statusu yaratmır.

Yaş meyarı: Hər iki şəxsin nikah bağlayarkən yaşı 35 yaşdan artıq olmamalıdır. 35 yaşın tamam olması artıq hüquqi baxımdan bu statusun əldə edilməsinə imkan vermir.

Tək valideyn istisnası: Himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn də ayrıca “gənc ailə” statusuna malik ola bilər”.

Hüquqşünas qeyd edib ki, qanunvericilikdə “gənc ailə” statusu üçün əsas hüquqi kriteriya bioloji yaş meyarıdır:

“Tərəflərin nikaha daxil olduğu anda hər iki şəxsin yaşının 35-i tamam etməmiş olması şərtdir. Bu zaman ailə “gənc ailə” statusu alır və uyğun olaraq İpoteka və Kredit Zəmanət Fonduna müraciət etmək hüququ qazanır.

Burada xüsusi vurğulanmalı məqam isə ailənin yaşı və ya nikahın müddəti deyil, məhz nikah zamanı şəxslərin yaş göstəriciləri hüquqi əhəmiyyət daşıyır”.

Roman Qaraşov bildirib ki, “gənc ailə” statusunun müəyyən olunmasında əsas hüquqi meyar nikaha daxil olan şəxslərin nikah zamanı 35 yaşdan aşağı olmasıdır:

“Məsələn, ailə 2024-cü ildə qurulub. Tərəflərdən biri 34, digəri 30 yaşındadır. Hər iki şəxs 35 yaşdan aşağı olduğuna görə bu ailə “gənc ailə” statusuna malikdir.

Digər bir nümunəyə baxaq. Tərəflərdən biri 36, digəri 29 yaşındadır. Bu halda ailə “gənc ailə” sayılmır, çünki tərəflərdən biri 35 yaş həddini keçib.

Əgər şəxs 33 yaşında dul qalıb və bir uşağın yeganə qanuni nümayəndəsidir. Bu halda o, tək valideyn olaraq “gənc ailə” statusuna malikdir və güzəştli ipotekaya müraciət edə bilər.

Məhz beynəlxalq təcrübədə də bu məsələyə müxtəlif yanaşmalar mövcuddur.

Macarıstan - (Ailə ev təşviqi) ailə çərçivəsində yaş məhdudiyyəti analar üçün 40 yaş, atalar üçün 45 yaş ilə tənzimlənir.

Polşa - Ev alma proqramlarında ailənin hər iki üzvünün 35 yaşdan aşağı olması şərtdir.

Fransa - Ailə qurma müddəti və ailə üzvlərinin gəlirləri əsas götürülür, yaş kriteriyası əsas deyil, lakin sosial güzəştlər gənc ailələr üçün prioritet sayılır.
Bu statusun düzgün anlaşılması və tətbiqi vətəndaşların mənzil hüququna çıxış imkanlarını artırmaq məqsədi daşıyır.

Gənc ailə anlayışı konkret hüquqi meyardır və fərdi yanaşmaya əsaslanmır, bioloji yaş müəyyənedici kriteriyadır və nikahın qeydiyyat tarixi ilə yaş paralel qiymətləndirilməlidir, tərəflər nikaha daxil olmamışdan əvvəl 35 yaş kriteriyasını diqqətlə nəzərə almalıdırlar, “gənc ailə” statusu ilə yanaşı digər güzəşt hüquqları da varsa (məsələn, müəllim, həkim və s.), kumulativ tətbiq mümkündür və bu hüquqlar qarşılıqlı olaraq güclənə bilər”.

O vurğulayıb ki, “gənc ailə” statusu Azərbaycan hüququnda ipoteka münasibətləri kontekstində xüsusi sosial əhəmiyyət daşıyan hüquqi kateqoriyadır:

“Bu statusun hüquqi əsaslarını düzgün anlamaq, vətəndaşlara mənzil hüququnu daha əlçatan etmək məqsədinə xidmət edir.
Hüquq tətbiq edən orqanlar və potensial borcalanlar üçün bu kriteriyaların dəqiq müəyyən olunması həm hüquqi aydınlıq yaradır, həm də hüquq pozuntularının qarşısını alır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see319

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see274

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see266

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see256

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see253

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see251

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see250

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see241

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see239

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see239

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see216

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see209

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see209

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see207

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see197

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see196

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see195

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab VIDEO

20 Sentyabr 2026 03:28see182

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see177

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri