Icma.az
close
up
RU
Gənc arxeoloqlar rəqəmsal arxeologiya sahəsi ilə bağlı Türkiyədə təcrübə keçəcəklər

Gənc arxeoloqlar rəqəmsal arxeologiya sahəsi ilə bağlı Türkiyədə təcrübə keçəcəklər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 avqust, AZƏRTAC

Son həftə ərzində Türkiyədə ezamiyyətdə olduğum müddətdə İzmir şəhərindəki Ege Universitetinin apardığı arxeoloji tədqiqat işləri ilə yaxından tanış oldum və təcrübə mübadiləsi ilə bağlı uğurlu danışıqlar apardım. Əsas məqsədimiz Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının təcrübə mübadiləsinə şərait yaratmaq, bunun üçün yeni elmi əməkdaşlığı əks etdirən sistemli proqramların çalışmasına nail olmaqdır. Bu baxımdan yaxın illərdə əsas hədəfimiz rəqəmsal arxeologiya sahəsinin aparılan çöl-tədqiqat işlərində tətbiqi olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü Fərhad Quliyev bildirib. Onun sözlərinə görə, bu gün “Digital” arxeologiya müasir tədqiqat işlərinin əsas metodoloji bazasını təşkil edir: “Ona görə də əməkdaşlarımızın, əsasən də gənc nəslin mütləq şəkildə bu sahədə təcrübə qazanması institut rəhbərliyini düşündürür və əsas fəaliyyətimizin məqsədidir. Onu da qeyd edim ki, institutumuzun bir sıra ekspedisiyaları hazırda rəqəmsal arxeologiyanın əsas tələblərinə uyğun şəkildə öz işlərini təşkil edə bilib. Doğrudur, bunu etmək əsasən beynəlxalq tərkibli ekspedisiyalarımızda mümkün olub”.

F.Quliyev bildirib ki, cari ildə bu istiqamətdə institut tərəfindən ilk addımlar atılıb. Rəqəmsal arxeologiyaya aid lazımi avadanlıqlar alınıb və az sayda olsa da, bir sıra əməkdaşlar təcrübə üçün elmi ezamiyyətə göndəriliblər.

“Türkiyədə apardığım danışıqlar zamanı 2026-cı ildə, iki dəfə olmaqla institutumuzun əməkdaşları rəqəmsal arxeologiya sahəsində praktik təcrübə keçmələri üçün ezam olunacaqlar. Plana uyğun hər il 10 əməkdaşımız təcrübəyə göndəriləcək. Göndəriləcək əməkdaşlar bu sahədə bacarıq qabiliyyətinə uyğun seçiləcəklər. Həmçinin Türkiyənin bu sahəsinin mütəxəssisləri tərəfindən ölkəmizdə tədris kurslarının keçirilməsi və bir sıra qazıntılarda qısamüddətli iştirakı nəzərdə tutulub. Peşəkarlıq arxeoloji tədqiqatlarda rəqəmsal üsulları öyrənməkdən keçir. Arxeologiya və Antropologiya İnstitutunun elmi-tədqiqat işlərinin keyfiyyətini artırmaq, onu dünya standartlarına uyğunlaşdırmaq əsas vəzifəmizdir”, - deyə institutun direktoru əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri