Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra ədliyyə naziri Fərid Əhmədovun təbrik və tövsiyələri onlara çatdırılıb.
Andiçmə mərasimində Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.
Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
02 İyun 2025 11:54
Baxış sayı:109
Bu xəbər 02 İyun 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















