Icma.az
close
up
RU
Gənc ixtiraçı: Cenevrədəki uğurumuz bizim üçün bir başlanğıcdır MÜSAHİBƏ

Gənc ixtiraçı: Cenevrədəki uğurumuz bizim üçün bir başlanğıcdır MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin SABAH qruplarının məzunu və hazırda Azərbaycan Texniki Universitetində magistratura səviyyəsində təhsil alan Səfərəli Səfərli 51-ci Cenevrə Beynəlxalq İxtiralar Sərgisində Azərbaycanı uğurla təmsil edib. Milli komandanın rəhbəri kimi çıxış edən gənc ixtiraçı müəllifi olduğu 3 layihə ilə ölkəmizə qızıl, gümüş və bürünc medallar qazandırıb. S.Səfərli AZƏRTAC-a müsahibəsində əldə olunan uğurlar, layihələrin hazırlanma prosesi və gələcək planları barədə məlumat verib.

-Dörd fərqli sahəni əhatə edən bu layihələri paralel şəkildə inkişaf etdirməyi necə bacardınız və bu prosesdə hansı əsas prinsiplərə üstünlük verdiniz?

-Layihələrin kosmik texnologiyalar (Smart Bed), təhsil (A.I.N.O.S), aqrotexnologiya (ECHRON) və xilasetmə (SONIA) kimi fərqli sahələri əhatə etməsinə baxmayaraq, onların hamısının nüvəsində süni intellekt, məlumat analitikası və mühəndislik dayanır. Bir sahədə əldə etdiyimiz təcrübəni digərinə transfer edərək resurslardan maksimum səmərəli istifadə etdik. Komandada hər bir üzvün öz güclü tərəfi (proqramlaşdırma, elektronika, dizayn və s.) üzrə ixtisaslaşması və hər layihə üçün konkret mərhələlərin müəyyən edilməsi bu paralelliyi mümkün etdi. Bizim üçün ən vacib prinsiplər çeviklik və davamlı sınaq oldu. Səhvləri erkən mərhələdə aşkar edib düzəltmək, dörd fərqli istiqamətdə eyni anda irəliləməyimizə şərait yaratdı.

- Cenevrə Beynəlxalq İxtiralar Sərgisində uğur qazanmağınızda ən böyük rol oynayan amil nə idi?

-Cenevrədəki uğurumuzun təməlində layihələrin texniki mükəmməlliyi ilə yanaşı, hər biri öz sahəsində ixtisaslaşmış və daha əvvəl beynəlxalq arenalarda, nüfuzlu hakatonlarda özünü sübut etmiş peşəkar gənclərdən ibarət vahid komanda strukturu dayanır. Bizim ən böyük üstünlüyümüz multidisiplinar bir ekosistem qurmağımız idi. Komandamızda proqram təminatı (Software) istiqamətində Tuncay İsgəndərli, Nurlan Abdullayev, Cavid Cəlilov, İlham Süleymanov və Müzəffər Mikayılov kimi təcrübəli mütəxəssislər; “Hardware” (aparat təminatı) istiqamətində: Kamran Mahmudov, Toğrul Quluzadə, Mələk Bağırova və Cahid Cəbizadə kimi mühəndislər; dizayn və istifadəçi təcrübəsi (UI/UX) istiqamətində Sevinc Əliyeva və Ləman Səfərli kimi yaradıcı kadrlar; rəsmi münasibətlər və universitetlərlə əlaqələr istiqamətlərində Arzu İbrahimova və Sevinc Əliyeva kimi təcrübəli rəhbərlər yer alırdı.

Bu kadrların hər biri daha əvvəl müxtəlif beynəlxalq tədbirlərdə və yarışlarda yüksək nəticələr göstərmiş, böyük layihələrin idarə olunmasında təcrübə qazanmış şəxslərdir. Məhz belə hazırlıqlı və fərqli sahələri (proqramlaşdırma, elektronika, dizayn) mükəmməl şəkildə sintez edə bilən bir heyətlə çalışmaq, bizim Cenevrə kimi nüfuzlu bir platformada ən mürəkkəb suallara və texniki tələblərə cavab verməyimizi təmin etdi. Bir sözlə, uğurumuzun sirri — fərdi istedadların vahid bir məqsəd ətrafında peşəkar intizamla birləşməsidir.

-Gələcəkdə bu layihələri daha da inkişaf etdirmək və beynəlxalq səviyyədə tətbiq etmək üçün planlarınız nədən ibarətdir?

-Bizim gələcək baxışımız sadəcə fərdi layihələrin uğuru ilə məhdudlaşmır; biz daha genişmiqyaslı bir institusional əməkdaşlıq modelini hədəfləyirik. Planlarımızı üç əsas istiqamətdə qruplaşdıra bilərəm.

Hazırda əsas hədəfimiz dünyanın qabaqcıl universitetləri, elmi-tədqiqat mərkəzləri və texnoloji qurumları ilə birbaşa əlaqələr qurmaqdır. Bu layihələrin hər biri böyük potensiala malikdir və biz bu potensialı qlobal tərəfdaşlarla birgə tədqiqatlar apararaq daha da artırmağı planlaşdırırıq.

Komanda olaraq özümüzü təkcə ixtiraçı deyil, həm də bir körpü rolunda görürük. İstəyirik ki, xarici texnoloji nəhənglər və universitetlərlə qurduğumuz bu əlaqələr ölkəmizin yerli təşkilatları və universitetləri üçün yeni qapılar açsın. Azərbaycanın innovasiya ekosistemi ilə beynəlxalq arena arasında davamlı bir bilik və təcrübə mübadiləsi platforması yaratmaq prioritetimizdir.

Cenevrədəki uğurumuz bizim üçün bir başlanğıcdır. Növbəti mərhələdə daha böyük platformalarda iştirak edərək, həm Azərbaycan Texniki Universitetinin adını, həm də Azərbaycan gəncliyinin mühəndislik və texnologiya sahəsindəki rəqabətədavamlılığını nümayiş etdirmək və ölkəmizi qlobal innovasiya xəritəsində mühüm bir mərkəz kimi təmsil etmək niyyətindəyik.

Müəllif - Xatirə Cəfərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Aprel 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri